Icma.az
close
up
RU
Məşhur Azərbaycan mahnısı 66 il sonra dünyanı qorxuya saldı VİDEO

Məşhur Azərbaycan mahnısı 66 il sonra dünyanı qorxuya saldı VİDEO

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan ən məşhur uşaq mahnılarından “Cücələrim” bütün dünyada trend olub. 

Globalinfo.az xəbər verir ki, mahnının orjinal və remiks versiyaları sosial şəbəkələrdə aktiv şəkildə paylaşılaraq milyonlarla izlənir.

Mahnının ilk remiks versiyası geniş izləyici kütləsi olan xarici sosial şəbəkə səhifələrində paylaşılıb. Daha sonra 1959-cu ildə geniş auditoriyada ifa olunduğu kadrlar tapılıb və o da yayılıb. Bir müddətdir sürətlə paylaşılan mahnı daha geniş auditoriyaya çatdıqca barəsində reallığa uyğun gəlməyən qorxulu hekayələr uydurulub. Belə ki, musiqi bəstəkar Qəmbər Hüseynli, sözləri isə şair Tofiq Mütəllibova aid olan “Cücələrim”i daha böyük tamaşaçı qarşısında 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Əməkdar artist Suğra Bağırzadə ifa edib. Müxtəlif səhifələr ifanın orjinal videosunu “sözlərini anlamır, hansı dildə olduğunu bilmirik, lakin qorxu hiss etdirir” başlıqları ilə paylaşırlar. Bir çox sosial şəbəkə istifadəçisi də musiqi və ifanın onlara qorxu hiss etdirdiyini, lakin sözlərin mənasını öyrəndikdən sonra bunu xoş bir uşaq mahnısı kimi dinlədiklərini yazıblar.

Bəzi səhifələrdə ifa ilə bağlı guya görnütülərinin SSRİ dövründə yaşaymış bir qrup uşağın nasist Almaniyasının təcrübə qurbanı olmadan son anları olduğu qeyd edilir. Bəziləri də bu uşaqların kütləvi qırğına məruz qaldığını, ifanın yaxşı mənada olmadığınə yazır. Lakin bir çox azərbaycanlı sosial şəbəkə istifadəçiləri paylaşımlara rəy bildirərək bunun sadəcə pozitiv bir uşaq mahnısı olduğunu bildirir, “Cücələrim” haqqında məlumatlar qeyd edirlər.

Mahnının ifaçısı Suğra Bağırzadə də mahnının dünyada trend olması fonunda öz “instagram” hesabında 1959-cu ildəki ifanı paylaşıb. Əməkdar artist mahnının yazılış tarixi, ilk dəfə ifa olunması ilə bağlı məlumatları qeyd edib.

Qeyd edək ki, “Cücələrim” uzun illərdir bütün dünyada ən çox tanınan Azərbaycan mahnılarında biridir. Mahnının musiqi ilk olaraq 1949-cu ildə ərsəyə gətirilib, daha sonra sözlər yazılıb. Məlumatlara görə, 1950-ci illərdə Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Kino işçiləri həmin tədbirdə aktyor Çarli Çaplinlə görüşürlər. Çaplin qonaqların haradan gəlməsi ilə maraqlanır. Azərbaycan adı eşitikdən sonra pianonun arxasına keçərək “Cücələrim”in melodiyasını ifa edir və deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin”

Həmçinin, 1955-ci ildə İsveçrəyə gedən SSRİ nümayəndələrini təyyarə meydanında “Cücələrim” melodiyası ilə qarşılandıqları bildirilir. Elə həmin illərdə Çexoslovakiyaya dəvət alan sovet nümayəndələrini qarşılayanda SSRİ himni əvəzinə səhvən “Cücələrim” melodiyası ifa edilib.

1969-cu ildə “Cücələrim” məşhur Sovet cizgi filmi “Nu, poqodi!”nin bir bölümünə salınıb və azərbaycan dilində səslənib.

Sosial şəbəkələrdəki paylaşımlardan bir neçəsini təqdim edirik:

Bu gönderiyi Instagram’da gör

SM Shupto (@shupt_o_bito)’in paylaştığı bir gönderi

Bu gönderiyi Instagram’da gör

Fact & Knowledge (@classic.fact)’in paylaştığı bir gönderi

Bu gönderiyi Instagram’da gör

MD BADHON SARKAR (@badhon_officials)’in paylaştığı bir gönderi

Bu gönderiyi Instagram’da gör

Music Changes Mood ? (@world_music_beats)’in paylaştığı bir gönderi

Əliyar Xəlil
Globalinfo.az  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri