Məşhur bloger azərbaycanlı avtoritetin Bentleysi ilə qəza törətdi VİDEO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində 22 yaşlı azərbaycanlı blogger "Bentley" markalı avtomobillə qəza törədib.
Milli.Az lent.az-a istinadən bildirir ki, "Bentley" markalı avtomobilin sürücüsü Bebelya küçəsi ilə hərəkət edib. O, Yol Hərəkəti Qaydalarının 9.2-ci bəndini pozaraq qarşıdan gələn nəqliyyat üçün nəzərdə tutulan zolağa çıxıb və orada küçədən sola dönən "Hyundai" markalı avtomobillə toqquşub.
O da bildirilir ki, toqquşmadan sonra "Bentley" yolun hərəkət hissəsindən çıxaraq lampaya çırpılıb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzanın günahkarının 3 il ərzində 194 dəfə cərimə olunduğu deyilir.
Məlumata görə, "Bentley" markalı avtomobili azərbaycanlı blogger Emil İ. idarə edib. O da qeyd olunur ki, avtomobil əvvəllər azərbaycanlı kriminal avtoritet Marsel Həsənova məxsus olub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















