Icma.az
close
up
RU
Məşhur fransız həkim arıqlamağın ən asan YOLUNU GÖSTƏRDİ MÜTLƏQ OXUYUN!

Məşhur fransız həkim arıqlamağın ən asan YOLUNU GÖSTƏRDİ MÜTLƏQ OXUYUN!

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Fransa dietoloqu və həkimi Pyer Dükan ənənəvi rus mətbəxinə üstünlük verməyi və sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara biləcək yeni hollivud pəhrizlərindən çəkinməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, bir neçə gün əvvəl Rusiyanın qonağı olan dietoloq bu barədə İTAR-TASS-a müsahibəsində danışıb. O, hesab edir ki, Rusiya mətbəxi faydalı inqrediyentlərlə zəngindir: "Ümumiyyətlə, Rusiyada mətbəx mədəniyyəti çox yaxşıdır. Məsələn, mən borşu çox sevirəm, hər dəfə bura gələndə yeyirəm. Həmçinin kiçik küftə ilə bişirilən qarabaşağı da xoşlayıram”.

O bildirib ki, ruslar öz qida mədəniyyətini və öz ənənələrini qoruyub saxlamağa çalışırlar: "Amma digər tərəfdən Amerika təsiri hiss olunur. Pitsa və ya dondurulmuş yarımfabrikatlar alan adam bilmir ki, bu məhsulların tərkibinə nələr daxildir. Müasir insanın həyatı çox ağırdır. Biz həmişə tələsirik, stress keçiririk, ailəmizlə daha az vaxt keçirir və hərəkətsiz həyat tərzi sürürük. Bütün bunlar ona gətirib çıxarır ki, insanlar yeməklərdə kompensasiya tapmağa çalışır. Ancaq məsələ burasındadır ki, adamlar çox yeyir, məhsulların qida dəyəri və keyfiyyəti aşağı düşüb”.
Təhlükəli pəhrizlər

Dükan bildirib ki, bəzi pəhrizlər orqanizm üçün çox zərərlidir, məsələn, yalnız meyvələrə əsaslanan Hollivud pəhrizi. Mütəxəssisin fikrincə, əsas inqrediyenti kələm olan şorbalar da zərərlidir: "İndi hərə bir pəhriz hazırlayır. Amma bu, yolverilməzdir, çünki dietologiya tibbin bir hissəsidir və sağlamlıq düzgün qidalanma məsələləri ilə bağlıdır. Daha sonra dietoloq əlavə edib ki, bir-iki gün oruc tutmaq olar, amma mütəmadi olaraq oruc tutmaq zərərlidir. Fransız həkim bunu onunla əsaslandırıb ki, zülallı qidalar bütün orqanizmin həyat fəaliyyəti prosesində mühüm rol oynayır və onu qida rasionunda istisna etmək olmaz.

Yeri gəlmişkən, dükan pəhrizi zülallı qidalara əsaslanıb. O, 2000-ci ildə "Arıqlaya bilmirəm” kitabı çıxandan sonra şöhrət qazanıb. Onun bu kitabı dünyanın 32 dilində nəşr edilib və 17 milyon nüsxə tirajla satılıb.

Dietoloq öz pəhrizinin populyarlıq qazanmasını belə izah edib: "Pəhrizin uğur qazanmasının vacib tərkib hissələrindən biri odur ki, insanlara yemək məhdudiyyəti qoyulmur. 100 cür məhsul seçimi var. Heç nə düşünmək və hesablamaq lazım deyil. Çünki ac qalmırsan”.

Çərşənbə axşamı Rusiyada keçirilən mətbuat konfransında Dükan “Hamiləliyinizin 60 ən vacib günü" adlı yeni kitabını təqdim edib. Burada o, bütün dünyada diabet və piylənmədən əziyyət çəkən insanların sayının artmasına səbəb olan amilləri açıqlayıb.

Onun sözlərinə görə, hazırda dünyada 2 milyard insan piylənmədən əziyyət çəkir. O, bu problemlə mübarizə üçün hamilə qadınlara hamiləliyin 4-cü və 5-ci aylarında şirin və yağlı qidalardan imtina etməyi təklif edib.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri