Məşhur futbolçu cəzalandırıldı
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçrə milli komandasının kapitanı Qranit Caka (Granit Xhaka) pandemiya dövründə saxta COVID-19 peyvənd sertifikatı əldə etdiyi üçün məhkəmə tərəfindən rəsmən cəzalandırılıb.
“Yeni Sabah” xəbər verir ki, məhkəmənin çıxardığı qərara əsasən, təcrübəli yarımmüdafiəçi 150 min İsveçrə frankı (təxminən 136 min funt-sterlinq / 180 min dollar) məbləğində şərti pul cəriməsinə məhkum edilib və ona 2 il sınaq müddəti təyin olunub. Müəyyən edilən maliyyə sanksiyası yalnız futbolçu sınaq müddəti ərzində yeni bir cinayət törədəcəyi təqdirdə icraya yönəldiləcək.
Qərarın ardından sosial şəbəkə hesabında açıqlama verən Caka çıxarılan hökmü qəbul etdiyini, keçmişdə atdığı bu addımın səhv olduğunu etiraf etdiyini və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. pizza hut
Baxış sayı:48
Bu xəbər 09 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















