Məşhur Hollivud aktyorunun həyat yoldaşı Ermənistanda saxlanılan rusiyalı iş adamını müdafiə edəcək?
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hüquqşünaslar Ceffri Robertson və məşhur Hollivud aktyoru Corc Kluninin həyat yoldaşı Amal Kluni Ermənistanda həbs edilən rusiyalı iş adamı Samvel Karapetyanın maraqlarının müdafiəsinə qoşula bilərlər.
Bu barədə Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir.
Robertson "Doughty Street Chambers" şirkətinin təsisçisi və rəhbəridir. Bundan əvvəl o, Amal Kluni ilə birlikdə "erməni soyqırımı"nın inkarına görə hüquqi məsuliyyətə dair işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistanın maraqlarını təmsil edib.
Bu vəkillərin Karapetyanın maraqlarının müdafiəsinə qoşulma ehtimalı barədə biznesmenin müdafiəsi şurası məlumat verib. İddia olunur ki, Robertson beynəlxalq məhkəmələrdə iddia qaldıran vəkillər qrupuna qoşulmaq variantını nəzərdən keçirir. Amal Kluninin iştirakı isə "İnsan Hüquqları üzrə Avropa Məhkəməsində təmsilçiliyin sonrakı mərhələlərində" nəzərdən keçirilə bilər.
Xatırladaq ki, rusiyalı milyarder Samvel Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi üzrə - hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorakılıqla devrilməsində ittiham olunub və iyunun 18-də iki ay müddətinə həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 İyul 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















