Məşhur Hollivud aktyorunun evi meşə yanğınlarında yanaraq kül OLDU FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur Hollivud aktyoru və rejissor Mel Gibsonun 15 ilə yaxındır yaşadığı Malibudakı evi meşə yanğınları nəticəsində tamamilə məhv olub.
Bizim.Media xəbər verir ki, bu barədə aktyor “News Nation”a müsahibəsində bildirib.
O, hadisənin dağıdıcı emosional təcrübə olduğunu söyləyib. Texas ştatının Ostin şəhərində keçirilən müsahibə zamanı Gibson Malibuda baş verən yanğından artıq xəbərdar olduğunu, lakin dağıntıların nə qədər geniş miqyasda olacağını təsəvvür etmədiyini bildirib.
O qeyd edib ki, xoşbəxtlikdən onun toyuqları yanğından sağ çıxıblar.
Gibsonun sözlərinə görə, ərazidə əvvəllər də meşə yanğınları olub, lakin buna qədər onun evinə çatmayıb.
Qeyd edək ki, Kaliforniyada baş verən yanğınlar nəticəsində Entoni Hopkinsin 6 milyon dollar dəyərində evi də tamamilə məhv olub.
Xatırladaq ki, meşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. TMZ-nin məlumatına görə, aktrisa Peris Hiltonun evi tamamilə yanıb.Ümumilikdə 1000 bina yanğından zərər çəkib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 10 Yanvar 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















