Icma.az
close
up
RU
Məşhur iş adamı uğurlu karyera üçün başlanğıcda atılmalı olan iki addımı açıqladı

Məşhur iş adamı uğurlu karyera üçün başlanğıcda atılmalı olan iki addımı açıqladı

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Əgər siz uğurlu və dolğun bir karyera qurmaq istəyirsinizsə, başqalarının fikirləri barədə narahat olmağı dayandırmalısınız. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Etsy"nin baş direktoru Coş Silverman "CNBC Make It" nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təhsil müəssisələrinin məzunları çox zaman dostlarının seçdiyi eyni karyera yolunu tuturlar, lakin bu, səhv yanaşmadır.

"Bunun əvəzinə, karyerasına yeni başlayan mütəxəssislər iki sadə addım atmalıdır: artıq sahib olduqları bacarıqlara və maraqlara əsaslanan bir iş tapmaq və karyera yolunu dəyişə biləcək gözlənilməz imkanlara açıq olmaq", deyə Silverman qeyd edib.

Ekspert vurğulayıb: "Mənim üçün hər şey sevdiyim və kifayət qədər özümü güvəndə hiss etdiyim bir işə tam şəkildə başlamaqla başladı".

Nəşr xatırladır ki, Silvermanın karyerası "Etsy" şirkətinə rəhbərlik etməzdən əvvəl bir sıra eniş-çıxışlardan keçib. Hazırda bu şirkətin bazar kapitallaşması 5,51 milyard ABŞ dolları təşkil edir.

Silerman danışıb ki, o, əvvəlcə teatr fakültəsi üzrə tələbə kimi Braun Universitetinə daxil olub, lakin təhsilini dövlət siyasəti sahəsində başa vurub və ABŞ senatoru Bill Bredlinin məktublarına cavab verən işçi kimi fəaliyyətə başlayıb.

Əsas vəzifəsindən əlavə, o, könüllü olaraq əlavə tapşırıqları yerinə yetirir və həmkarları ilə əlaqələr qurmağa çalışıb: "Mən iclaslarda tam mənada bir süngər idim. Su soyuducusu ətrafında dolaşaraq ən maraqlı söhbətləri qaçırmamağa çalışırdım".

Silverman bu vəzifədə cəmi üç il işlədikdən sonra, Bredlinin aparat rəhbərinin başçılıq etdiyi konsaltinq qrupuna qoşulmaq təklifi alıb.

"Tamamilə yeni bir sahədə çalışma imkanı Silvermanı özəl biznesə gətirib çıxardı. Daha sonra o, "Evite", "eBay's Shopping.com" və "Skype" kimi şirkətlərə rəhbərlik edib və nəhayət 2017-ci ildə "Etsy"də fəaliyyətə başlayıb", deyə "CNBC Make It" əlavə edib.

Eyni zamanda, "Etsy"nin baş direktoru vurğulayıb ki, sevdiyiniz bir sahədə işləmək arzusu dərhal uğura gətirib çıxarmayacaq.

"Sizə ən az zövq verən iş hissələri sonradan sizin üçün ən dəyərli və ya karyeranız üçün ən faydalı məqamlar ola bilər", deyə o qeyd edib.

Silverman yekun olaraq bildirib: "Geriyə baxanda, mənim həyatımda ən faydalı olmuş dövrlər heç vaxt əyləncəli olmayıb. Onlar çətin, gərgin və bəzən uğursuzluqların birbaşa üzümə baxdığı zamanlar olub... Məhz həmin dövrlərdə ən çox öyrəndim və bu gün ən çox dəyər verdiyim də elə budur".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri