Icma.az
close
up
RU
Məşhur kardioloq ürəyi qoruyan 5 VACİB QAYDANI açıqladı

Məşhur kardioloq ürəyi qoruyan 5 VACİB QAYDANI açıqladı

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Rusiyanın Səhiyyə Nazirliyinin baş kardioloqu, Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin direktoru Sergey Boyçov ürək sağlamlığı barədə ən çox yayılmış və əsas təhlükəli səhvlərdən danışıb.

Kardioloqlar son dövrlərdə bir çox insanın 40-45 yaşında, hətta 35 yaşında artıq ürək-damar xəstəliklərindən əziyyət çəkməyə başladığını iddia edir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı danışan həkim orqanizmdə ən tez yaşlanan orqanın damarlar olduğunu bildirib:

“İnsanların əksəriyyətində "təslim olan" ilk və əsas orqan qan damarlardır. Onların ən çox rast gəlinən xəstəliyi - arterial hipertoniyadır. Hipertoniya infarkt, insult və vaxtından əvvəl ölümün əsas günahkarıdır. Onun risk faktoru 45% -dir. Yəni damar xəstəlikləri və ölüm hallarının yarısı yüksək qan təzyiqindən asılıdır. Siqaret, alkoqol, duz, artıq çəki isə digər amillərdir.

Yaşla bağlı olaraq çox az adam hipertoniya inkişafının qarşısını ala bilər. Damarlar daha sərt olur, böyrəklər daha pis işləyir, bədəndən duzu çıxarmaq funksiyasının öhdəsindən daha az gəlirlər. Bildiyiniz kimi, artıq duz artan təzyiqin əsas səbəblərindən biridir”.

Ancaq hər şey o qədər də pis deyil. Baş kardioloq deyir ki, hipertoniyanın qarşısını almaq mümkündür və xəstəlik artıq başlamışsa, onu nəzarətdə saxlamaq lazımdır. Həkim eyni zamanda bir çox hipertoniklərin böyük səhv edərək, çox təhlükəli yüksək təzyiqi ilə həyatına davam etməsi və müalicədən qaçması ilə bağlı narahatlğını da dilə gətirib:

“Təzyiqim həmişə 160-100-ədir və özümü çox yaxşı hiss edirəm” kimi ifadələr böyük səhvdir. Unutmayın ki, infarkt olmaq və ya insult keçirmək istəmirsinizsə, 140 ilə 90 icazə verilən maksimum təzyiqdir. Və 130/80 təzyiqə düşmək daha yaxşıdır.

Hipertoniya dərmanlarını müalicə kursuna görə qəbul etmək yol verilmiş digər bir xətadır. “Dərmanları 2 həftə qəbul etdikdən sonra təzyiq normal vəziyyətə qayıdacaq” demək və sağaldığını iddia etmək ən çox yayılmış səhvlərdən biridir. Müasir tibb hipertoniya kurs terapiyasını tanımır. Çünki bu xəstəlik əbədidir. Xronikdir, tamamilə müalicə edilə bilməz, ancaq müvəffəqiyyətlə nəzarət altında saxlanıla bilər, ömrü uzatmaq və həyat keyfiyyətini qorumaq olar. Bunun üçün hipertoniya dərmanlarını kardioloqların dediyi kimi, “müddətsiz” qəbul etməlisiniz. Əks halda mütəmadi olaraq tibbi müayinədən sonra dərmana ehtiyac duyulur. İstisna hallarda, xəstəliyin erkən mərhələlərində yüksək qan təzyiqi dərmansız müalicə edilə bilər”.

Daha sonra baş kardioloq damarları xolesterindən təmizləyən üsulların təsirindən danışıb:

“Bu gün damarları təmizləmək mümkün deyil. Ümumiyyətlə, “damar təmizlənməsi” məişət dilidir. Ən azı iyirmi ildir ki, sübutlara əsaslanan tibb dünyasında yaşayırıq. Hər hansı dərmanların damarları “təmizləməsi” ilə bağlı isə heç bir elmi sübutlar yoxdur. Artıq ciddi elm bu cür “təmizləmələr” ilə heç məşğul olmur. Bir vaxtlar xolesterin lövhələrini ləğv etməyə yönəlmiş bir terapiya var idi. Lakin bu istiqamət gözləntiləri doğrultmadı.

Müasir tibb nə təklif edir? Xolesterin lövhələrinin ölçüsünü azalda bilən statin dərmanları var. Bu vəziyyətdə lövhənin yağ komponenti azalır, lakin bu gün qan damarlarının divarlarında əmələ gələn "lövhələri" tamamilə çıxarmaq mümkün deyil. Odur ki, lövhələrin və ya aterosklerozun böyüməsinin qarşısının alınması ilə məşğul olmaq vacibdir. Buna sağlam həyat tərzindən başlamaq və həkiminiz tərəfindən təyin olunan dərmanları qəbul etməklə başlamaq olar”.

İnfarktın əlamətlərindən danışan kardioloq bildirib ki, bu gün çoxları onlardan xəbərsizdir. Odur ki, risk müddətini uzatmaq ölümcül nəticəyə qədər təhlükəli vəziyyətə gətirib çıxara bilər.

Kardioloq infarktın əlamətlərini belə sadalayıb:

İlk və əsas siqnal ağrıdır. Ağrı sıxlıqla ürək ətrafında, sinənin orta hüceyrələrində hiss edilir. Bu ağrı tez-tez sol ələ, çiyinlərə, çənəyə və boyuna yayılır.

Vacib qeyd: İnfarkt keçirənin tikiş və ya yanıq ağrısı olmur, o, adətən sıxılma və boğulma şəklində özünü göstərir.

İkinci simptom - boğulma, kəskin hava çatışmazlığı. Bu iki simptom bir neçə dəqiqə ərzində yox olmazsa, dərhal təcili yardım çağırmalısınız. Bu halda nəinki sağ qalmaq, həm ürək əzələsinə dəyən zərərin miqdarını minimuma endirmək, həm də infarktdan sonra ürək çatışmazlığının inkişafının qarşısını almaq üçün bir şans var”.

Professor ürək sağlamlığını qorumaq üçün 5 qayda irəli sürüb:

1. Qarnınızı düzləşdirin. Kişilər üçün kritik təhlükəli bel ölçüsü 102 sm və daha çoxdur, qadınlarda 88 sm və daha çox. Yadda saxlayın ki, mədədəki yağ - ürək-damar sistemi üçün çox təhlükəlidir.

2. Fiziki baxımdan aktiv olun. Hipertoniyaya qarşı ən yaxşı vasitələrdən biri işləyən əzələlərdir. Onlarda qan aktiv şəkildə axın edir. Nəticədə ürək və beyin damarlarının yük azalır.

3. Duzu azaldın. Yemək bişirərkən duz əlavə etməyin. Mümkünsə duzu süfrədən ümumiyyətlə, yığışdırın ki, hazır yeməyə duz əlavə etməyəsiniz.

4. Siqaretdən imtina edin. Tamamilə! Elektron siqaretlərə keçməyin, bütün tütün məhsullarından uzaq durun. Onların hamısı damarlar üçün zərərlidir, istisnasız.

5. Alkoqolu azaldın. Faydalı doza yoxdur. Spirtli içkiləri az-az içməklə onun sadəcə zərərlərini minimallaşdırmaq olar.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri