Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Nazirlik ürəyi qoruyan 5 qızıl qaydanı açıqladı

Nazirlik ürəyi qoruyan 5 qızıl qaydanı açıqladı

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Ruqiyyə Qasımova danışıb.

Onun sözlərinə görə, eyni zamanda, düzgün qidalanma bədən çəkisini sabit saxlayaraq, artıq çəki nəticəsində ürəyə düşən əlavə gərginliyi azaldır və nəticədə həm təzyiqi, həm də ümumi dövran sistemini balanslaşdırır:

"Düzgün qidalanma yalnız profilaktika vasitəsi deyil, həm də mövcud risklərin zəiflədilməsi baxımından çox ciddi rol oynayır.

Qidalanma ilə xəstəlik arasındakı birbaşa əlaqə elmi cəhətdən sübut edilib. Süd məhsulları, zeytun yağı, tünd şokolad, tərəvəz, meyvə, qoz-fındıq, balıqdan ibarət balanslı pəhriz ürək-damar xəstəlikləri riskini azaldır. Emal olunmuş ət məhsulları və sənayedə istehsal olunan trans yağ turşuları isə bu riski artırır.

Müxtəlif ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri çox vacibdir. Qida insanlar üçün əsas enerji mənbəyidir. Sağlam qida yalnız ürək-damar xəstəlikləri riskini azaltmır, həm də bu vəziyyətlərin müalicəsində əhəmiyyətli dəstəkləyici təsir göstərir".

Həkim qeyd edib ki, insanların ürək sağlamlığı ilə bağlı qidalanmada etdiyi səhvlər əsasən gündəlik vərdişlərdən qaynaqlanır və çox vaxt fərqinə varmadan davam etdirilir:

"Məsələn, çoxları yeməyin dadlı olması üçün artıq duzdan istifadə edir və bunun damarlara necə təsir etdiyini nəzərə almır. Bəziləri isə hazır və tez hazırlanan qidaları rahatlıq baxımından üstün tutur, amma bu cür qidaların tərkibində olan gizli yağ və şəkər miqdarı ürək üçün ciddi risk yaradır. Digər bir səhv isə "yüngül" və ya "sağlam" adı ilə təqdim olunan məhsullara həddindən artıq güvənməkdir, çünki bu məhsulların bəzilərində yağ azaldılsa da, onun yerinə başqa zərərli maddələr əlavə olunur. Lif baxımından zəngin qidaların az istifadə olunması, gün ərzində tərəvəzlərin kifayət qədər qəbul edilməməsi də geniş yayılmış problemlərdəndir və bu da damarların təmiz qalmasına mane olur.

İnsanların gündəlik qidalanmalarında ürəyə mənfi təsir göstərən bir neçə səhvi müəyyən etmək olar. Onlardan biri kifayət qədər bitki mənşəli qida qəbul etməməkdir. Tərəvəzlər, meyvələr və giləmeyvələr antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik maddələr olan fitonutrientlərlə zəngindir. Onlar xolesterol metabolizmasına təsir göstərir ki, bu da qan təzyiqini sabitləşdirir və qan damarlarının divarlarını gücləndirir".

Bundan əlavə, R.Qasımova bildirib ki, həftədə bir neçə dəfə qızardılmış qida qəbul etmək təhlükəli ola bilər:

"Qidaları yağda qızartmaq hüceyrə qocalmasının güclü stimullaşdırıcıları olan inkişaf etmiş qlikasiya son məhsullarının (AGE) əmələ gəlməsini təşviq edir. AGE damar toxumasını sərtləşdirə bilər və damar zədələnməsi riskini artırır.

Həddindən artıq şəkər istehlakı piylənməni sürətləndirir ki, bu da birbaşa qan təzyiqinə təsir edir və nəticədə ürəyin yükü artır. Duzlu qidaların həddindən artıq istehlakı isə yüksək təzyiqə, ürək çatışmazlığına və insult riskinə səbəb olur.

Ürək sağlamlığı üçün təmiz su içməyin vacibliyini vurğulamaq lazımdır. Suyun olmaması qanın qatılaşmasına səbəb ola bilər. Nəticədə ürək daha çox işləməli olur ki, bu da qan təzyiqini artırır. Belə hallarda insan infarkt və insultlara qarşı həssas olur.

Meyvə və tərəvəzlərin ürək sağlamlığına təsiri çoxşaxəlidir və onlar sadəcə "vitamin verir" anlayışı ilə məhdudlaşmır. Bu qidalar damarların daxili səthini qoruyan və zədələnmənin qarşısını alan maddələrlə zəngindir. Eyni zamanda, qanda olan artıq maddələrin təmizlənməsinə kömək edir. Onların tərkibindəki lif maddəsi həzm sistemini yaxşılaşdırmaqla yanaşı, qanda olan artıq yağların səviyyəsini də tədricən aşağı salır və bu, damarların tıxanma riskini azaldır. Bundan başqa, bu qidalar bədəndə maye və mineral balansını qoruyaraq təzyiqin normada qalmasına dəstək olur və nəticədə ürək daha stabil şəkildə fəaliyyət göstərir. Müxtəlif rəngli meyvə və tərəvəzlərin birlikdə istifadə olunması isə bu qoruyucu təsiri daha da gücləndirir.

Taxıl və paxlalılarla yanaşı, meyvə-tərəvəzlər liflərin əsas mənbəyidir. Lif zərərli xolesterolu xaric etməyə və qan təzyiqini normallaşdırmağa kömək edir. Bu, xüsusilə hipertoniyası olanlara vacibdir".

Eyni zamanda həkim onu da qeyd edib ki, ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır:

"Bu qida maddələri qan damarlarının divarlarını və ürək əzələlərini gücləndirir. Vitaminlər də sağlam qidalanmanın vacib hissəsidir. Ürək üçün A, B və C vitaminləri ilə zəngin olan meyvələr faydalıdır.

Tərəvəzlərin gündəlik istifadəsinin ürək-damar sisteminə müsbət təsiri, insult və infarkt riskini azaltdığını çoxsaylı tədqiqatlarda sübut edilib. Bu, bir çox tərəvəzlərdə beta-karotin və müxtəlif vitaminlərin yüksək miqdarda olması ilə əlaqədardır.

Axşam saatlarında gec yemək ürək-damar sisteminə mənfi təsir göstərə bilər, çünki bədən gecə saatlarında istirahət rejiminə keçdiyi üçün qəbul edilən qidaların həzmi daha yavaş gedir. Bu vəziyyət bədəndə artıq enerji yığılmasına və zamanla çəkinin artmasına səbəb olur ki, bu da ürəyin işini çətinləşdirir. Eyni zamanda, gec yemək yuxunun keyfiyyətini aşağı sala bilər. Kifayət qədər dərin yuxu olmaması ürək ritminə və ümumi bərpa proseslərinə təsir göstərir. Bəzi hallarda isə yeməkdən dərhal sonra uzanmaq həzm sisteminə əlavə yük yaradır.

Yaş artdıqca qidalanma prinsiplərinin dəyişməsi tamamilə təbiidir, çünki bədənin enerji sərfi və ehtiyacları əvvəlki kimi qalmır. İnsan yaşlandıqca maddələr mübadiləsi zəifləyir və eyni miqdarda qida əvvəlki kimi istifadə olunmadığı üçün artıq enerji yığılması asan baş verir. Nəticədə qida miqdarı azaldılsa belə, keyfiyyət ön plana çıxır. Buna görə də daha faydalı, yüngül və balanslı qidalar seçilməlidir. Həmçinin, yaş artdıqca bədənin bəzi maddələrə olan ehtiyacı dəyişir və buna uyğun qidalanma daha diqqətli şəkildə qurulmalıdır ki, həm ürək, həm də digər orqanlar normal fəaliyyətini davam etdirə bilsin.

Yaşla bağlı bir sıra dəyişikliklər aydın görünür, məsələn, dişlərin və diş ətlərinin vəziyyətində əhəmiyyətli dərəcədə dəyişilmə baş verir. Yaranan narahatlıq və ağrı daha intensiv çeynəmə tələb edən müəyyən qidaları yeməkdən imtinaya səbəb ola bilər. Tədricən, özofagus döş onurğasının kifoza bənzər əyriliyi səbəbindən uzanır və deformasiyaya uğrayır. Bağırsaq florası da yaşla dəyişir. Ənənəvi olaraq "pis" bakteriyaların sayı artır, "yaxşı" süd turşusu bakteriyalarının sayı isə azalır. Yaşla bağlı metabolik sürətdə azalma müşahidə olunur ki, bu da çəki artımına səbəb olur. Qidalanma təkcə fiziki deyil, həm də zehni sağlamlığı müəyyən edən əsas amil olaraq qalır.

Yaşlılıq dövründə qidalanmanın bir sıra xüsusi məqamları var. Gündə təxminən 4-5 dəfə müəyyən olunmuş vaxtlarda daha kiçik porsiyalarla yemək tövsiyə olunur. Kifayət qədər maye qəbuluna xüsusi diqqət yetirilməlidir.

Ev şəraitində ürək üçün sağlam yeməklərin hazırlanması əsasən düzgün üsul seçimi ilə bağlıdır. Bu zaman qidanın öz keyfiyyətini qorumaq mümkün olur. Yeməklərin çox yağda qızardılması əvəzinə daha yüngül üsullarla hazırlanması qidanın faydasını saxlayır, həm də əlavə zərərli maddələrin yaranmasının qarşısını alır. Eyni zamanda, yeməyə əlavə edilən duz və yağ miqdarına diqqət yetirilməsi, təbii dadların qorunması və süni əlavələrdən uzaq durulması ürək üçün daha təhlükəsiz nəticə verir. Evdə hazırlanan yeməklərin üstünlüyü ondan ibarətdir ki, insan istifadə etdiyi məhsulları və onların miqdarını tam nəzarətdə saxlaya bilir.

Yalnız sərf edə biləcəyiniz miqdarda kalori qəbul edilməlidir".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri