Icma.az
close
up
RU
Məşhur məşqçi və xanını Madriddə 180 mənzil və 7 bina satın alıb

Məşhur məşqçi və xanını Madriddə 180 mənzil və 7 bina satın alıb

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Atletiko Madrid" 2025/26 mövsümündə demək olar ki, bütün turnirlərdə istədiyi nəticələri əldə edə bilməsə də (UEFA Çempionlar Liqasını istisna etməklə, burada komanda yarımfinaldadır), Dieqo Simeone üçün narahatlığa əsas yoxdur. 

Qaynarifno xəbər verir ki, argentinalı mütəxəssis 2011-ci ildən bəri Madrid klubuna rəhbərlik edir. Onun həyatı təkcə futbol ilə məhdudlaşmır. "180” rəqəmi Simeone ilə bağlı eşidildikdə, bu, sarı vərəqələrin sayı deyil, onun və həyat yoldaşı Karla Pereyranın sahib olduğu mənzillərin sayıdır. Bu barədə Sport.pl yazır.

Argentinalı məşqçi sanki paradoks içində yaşayır: hər mövsüm "Atletiko”nu yenidən qurmağa məcbur olsa da, futbol meydanından kənarda həyatı daş kimi möhkəm və klassik əsaslar üzərində qurulub.

180 mənzildən əlavə, Dieqo Simeone və Karla Pereyra İspaniya paytaxtında yeddi binaya sahibdirlər. Bu imperiyanın mərkəzində "Carpersim SL" şirkəti dayanır. Şirkət əsasən daşınmaz əmlak sektoruna investisiya yatırır və ailənin əsas biznes aləti kimi fəaliyyət göstərir.

Maliyyə hesabatlarına əsasən, "Carpersim LM” şirkətinin aktivləri təxminən 40 milyon avro təşkil edir. Bunun 13,8 milyon avrosu daşınmaz əmlaka investisiya edilib, 19 milyondan çox vəsait isə daşınmaz əmlak, zavod və avadanlıqlara yönəldilib.

Məlumata görə, 180 mənzilin əksəriyyəti Madridin mərkəzində yerləşir və "MyLocation” platforması vasitəsilə icarəyə verilir. Simeone və həyat yoldaşı strateji mövqedə yerləşən mənzilləri alaraq onları təmir edir və bazara çıxarırlar. Hədəf auditoriyası tələbələr, menecerlər və orta, eləcə də yüksək gəlirli turistlərdir.

2024-cü ildə icarə gəlirləri 330 min avronu keçib. Ailə tərəfindən tam şəkildə yatırılan xalis aktivlərin dəyəri isə təxminən 20 milyon avro olaraq qiymətləndirilir. Layihənin rəhbəri isə Simeone deyil, onun həyat yoldaşıdır və o, "Forbes" tərəfindən "biznes strateqi” kimi xarakterizə edilib.

"Mənim arzum sıfırdan nəsə qurmaq idi və buna nail oldum”, deyə o, Madridin şimalında, Tres-Kantos bölgəsində torpaq sahəsinin alınmasını şərh edərkən bildirib. Məhz həmin ərazidə iki bina və 140 mənzil Dieqo Simeone və Karla Pereyranın mülkiyyətindədir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Aprel 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see394

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see323

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see265

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see262

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see258

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see245

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see240

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see231

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see228

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see221

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see219

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see219

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see217

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see215

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see207

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see205

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see202

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see199

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see198

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

22 Noyabr 2026 06:49see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri