Məşhur müğənninin həyat yoldaşı vəfatının son anlarında belə yanına gəlməyib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Mərhum müğənni Ferdi Tayfurla bağlı daha bir xəbər yayılıb.
BAKU.WS xəbər verir ki, vəkil Hakan Tamgüç sənətçinin həyat yoldaşı Necla və qızı Tuğçenin onu xəstə yatağında tək qoyduğunu bir dəfə də olsun ziyarətinə gəlmədiyini bildirib.
Vəkill iddia edib ki, Necla Nazır son anlarında belə Ferdi Tayfurun yanında olmaqdan imtina edib:
"Necla xanım onu vəfatının son anlarında belə ziyarət etmədi. Ferdi Tayfur sağ olanda harada idilər? Sənətçi Necla Nazıra Emirganda 5 milyon dollarlıq malikanə bağışlayıb. Ona və qızına milyonlarla lirə verib. Ferdi Tayfurun Tuğçe ilə barışmaq istədiyi iddiası yalandır. Əgər belə bir şey olsaydı, birinci mən bilərdim. Tuğçe qurban rolunu oynayır, amma gözündən bir yaş belə axmır".
Xatırladaq ki, Ferdi Tayfur bu il yanvarın 2-də 79 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. Onun 5 övladına 3 milyard lirə sərvəti qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 09 Yanvar 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















