Məşhur müğənninin topdağıtmaz sərvəti ortaya çıxdı: 6 villa, 80 mənzil, yarımada...
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 2-də vəfat edən türkiyəli məşhur müğənni və aktyor Fərdi Tayfurun topdağıtmaz sərvəti ortaya çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dəbdəbəli həyatını heç vaxt nümayiş etdirməyən Ferdi Tayfur geriyə çox böyük daşınmaz əmlaklar qoyub.
Məlumata görə, o, İstanbul, doğulduğu Adana və öldüyü Marmarisə böyük sərmayələr qoyubmuş: "1981-ci ildə Marmarisdə filmə çəkilən Tayfur bundna sonra ora sərmayə qoymağa qərar verib. Tayfurun Marmarisdəki sərmayələri onun ticarət zəkasının da üstünlüyünü təsdiqləyib".
"Marmaris Manşet" qəzeti yazıb ki, müğənni təkcə Marmarisin İçmeler bölgəsində hovuzlu, geniş həyətli, əla mənzərəli villa almayıb. O, bölgədə yarımada və müxtəlif daşınmaz əmlakları da satın alıb".
79 yaşında dünyasını dəyişən Tayfurun sərmayələri bununla da məhdudlaşmayıb: "Onun İstanbulun müxtəlif rayonlarında 6 villa və 30 binada 30 lüks mənzili, Adanada isə daha 50 mənzili var. Bundan başqa, Muğla, İstanbul və Adanada tikinti sektorunda da mühüm paylara sahibdir".
Xəbərdə da deyilir ki, ailəsində söz-söhbət olan Ferdinin ölümündən sonra sərvətinin necə bölünəcəyi maraq doğurur.
Ləman
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















