Məşhur reperin növbəti fəlakəti: Pol Taysonu məğlub etdi, amma Dreyk uduzdu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur kanadalı reper Dreyk mərcdə yenidən bəxtini sınasa da, bir daha uğursuzluğa düçar olub. Belə ki, o, Mayk Tayson və videobloqer Ceyk Pol arasındakı döyüşdə əfsanəvi boksçunun qələbəsinə 365 min dollar qoyubmuş.
Oxu.Az-ın verdiyi məlumata görə, Dreyk sosial şəbəkə hesabından bununla bağlı paylaşım da etmişdi.
Lakin xəbər verdiyimiz kimi, səkkiz raund davam edən döyüşdə hakimlərin yekdil qərarı ilə Ceyk qələbə qazanıb (80-72, 79-73, 79-73).
Qeyd edək ki, Dreyk uğursuz proqnozçu kimi tanınır - əksər hallarda onun mərc etdiyi idmançılar və komandalar məğlub olurlar.
Yeri gəlmişkən, bu görüş dünyanın ən bahalı döyüşü olaraq tarixə düşüb. Mayk Tayson və Ceyk Polun hər biri döyüşdən təxminən 20 milyon dollar qazanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















