Icma.az
close
up
RU
Məşhur sığorta şirkətləri sürücülərə “QAN UDDURUR”

Məşhur sığorta şirkətləri sürücülərə “QAN UDDURUR”

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtonəqliyyat vasitəsi sahiblərinin əksər sığorta şirkətlərindən narazılıqları artmaqdadır. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) avto-icbari sığorta üzrə şikayət indeksi ilə bağlı açıqladığı məlumatda bir daha öz əksini tapıb.

Bankın məlumatına görə, vətəndaşların ən çox narazı olduğu sığorta şirkətlərinin siyahısında ilk sırada “XalqSığorta” ASC (1.49 indeksi ilə) olub. Ən çox şikayət edilən şirkətlər arasında “AtaSığorta” ASC ikinci olub. “Atəşgah Sığorta” isə 1.47 indeksi ilə siyahıda üçüncü olub.

Maraqlıdır, sürücülər niyə qeyd edilən sığorta şirkətlərindən narazıdır?

KONKRET.az-ın xəbərinə görə, mövzu ilə bağlı musavat.com-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtonəqliyyat vasitəsi sahibləri ilə sığorta şirkətləri arasında əsas narazılıq ödənişlə bağlıdır. Onun sözlərinə görə, ödənişin məbləği və ödənişdən yayınma cəhdləri əsas mübahisə mövzusudur: “Bu, əsasən icbari sığortada özünü göstərir. Kasko sığortada isə belə problemlər nadir hallarda yaşanır.

Sığorta şirkətinin əməkdaşları çalışırlar ki, sürücüyə dəymiş zərərin qarşılığında mümkün qədər az pul ödəsinlər. Nə qədər az ödəsələr, şirkət həmin işçini hesab edin ki, qəhrəman elan edir. Sanki yarışa çıxıblar, düşünürlər ki, necə edək ki, məbləği az verək. Təmirdə də ciddi problemlər yaranır. Şirkətlər təmir olunacaq avtomobili özlərinə məxsus servislərə yönəltməyə çalışırlar. Ancaq həmin servislərdə də keyfiyyətli xidmət göstərilmir və vətəndaş narazı qalır. Və yaxud da şirkətlər təmirə şişirdilmiş qiymət hesablayırlar və servislə gizli danışıq aparıb həmin pulu aralarında bölürlər. Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar”.

Ekspert deyib ki, sığorta şirkətləri üzərində nəzarət güclənməlidir: “Bu işdə dövlətin maraqları qorunmalıdır. Maliyyə Nazirliyi və Mərkəzi Bank sığorta şirkətlərinə nəzarəti gücləndirsə, yaxşı olar.

Əgər sığorta icbari olmasa, mən əminəm ki, nəqliyyat vasitələrinin sahiblərinin 30-40 faizi sığortanı etdirməz. Nizamlı-intizamlı sürücülər var və heç vaxt qəza törətmirlər. Ona görə də ümumiyyətlə, sığorta etdirmək istəmirlər. Düşünürlər ki, havayı ödəniş edirlər və lazım olanda isə sığortadan yararlanmaqda çətinlik çəkirlər.

Sığorta şirkətləri sürücülər üzərində o qədər qorxu yaradıb ki, saatlarla hadisə yerində dayanıb gözləyirlər və hesab edirlər ki, maşını kənara çəksə sığorta pulu ala bilməzlər. Çünki sığorta şirkətləri qiymətləndirməni düzgün aparmırlar. Deyirlər ki, niyə maşını hadisə yerindən aparmısan. Halbuki, qanun da, DİN -də deyir ki, hadisə yerindən gedə bilərsən. Şirkətlər isə bunu bəhanə edib ödənişdən yayınırlar”.

E. Muradlı bildirib ki, müxtəlif əmsallar üzrə sürücülərin ödədikləri sığorta pulu artsa da, şirkətlərin sürücülərə ödədiyi məbləğ 5 min manatı keçmir: “Hazırda Azərbaycana elə avtomobil gəlir ki, işıqlandırmasının biri 8-10 min manatdır”.

Sığorta eksperti İlkin Nəcəfov saytımıza bildirib ki, sığorta şirkətinin təqdim etdiyi məbləğ də mübahisə mövzusu olur: “Şirkət aşağı məbləği təqdim edir, sürücü isə bununla razılaşmır. Digər narazılıq isə ödənişin şirkət tərəfindən gecikdirilməsi ilə bağlı olur. Yol nəqliyyat hadisəsi baş verəndə yol polisi Forma 4 arayışını sistemə gec və ya yanlış yükləyir deyə sığorta şirkətləri təmir işlərinə gec başlayırlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri