Məşhur televiziya aparıcısı təcavüzə məruz qalıb
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur televiziya aparıcısı Eşli Ceyms yeniyetməlik dövründə təcavüzə məruz qalmasından danışıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə “The Mirror” qəzeti məlumat yayıb.
Ceyms hadisənin hələ məktəbli olarkən baş verdiyini deyib. O, təcavüzkarın kimliyini açıqlamayıb.
Aparıcı təcavüz qurbanlarını günahlandırmağa meylli olan mədəniyyətdən və cəmiyyətdən şikayətlənib.
“Biz kişilərə təcavüz etməməyi öyrətmək əvəzinə, qadınlara təcavüzə məruz qalmamağı öyrədirik. Kişilər bizi təcavüzə məruz qoymağı dayandıra bilərlər”, - o qeyd edib.
İki uşaq anası əlavə edib ki, hücum barədə polisə məlumat verməyib.
“Polisin mənə inanmayacağını düşündüyümdən deyil, bu adam tanıdığım üçün şikayət etmədim. O, mənim dostum idi. Buna görə illərdir yalnız özümü günahlandırmışam. Hətta indi də onu təcavüzkar kimi düşünməkdən əzab çəkirəm”, - o etiraf edib.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Fevral 2026 01:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















