“Messi 60 yaşına qədər oynaya bilər”
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bavariya”nın və Almaniya millisinin üzvü Camal Musiala dünya futbolunun canlı əfsanəsi Lionel Messi haqda danışıb.
525.az “Bild”ə istinadən xəbər verir ki, Musiala qeyd edib ki, argentinalı ulduz onun kumiridir:
“Messi haqda nə demək olar? Bu gün nümayiş etdiklərinə əsasən demək olar ki, o, 60 yaşına qədər də oynaya bilər (gülür). Argentinalı super ulduzdur və komandasının uğur qazanması üçün əlindən gələni edir. Argentina millisi yüksək səviyyəli komandadır. Mən hesab edirəm ki, kollektivdə hər futbolçu Messidən nəsə öyrənir. O, uşaqlıqdan mənim kumirimdir”.
Qeyd edək ki, bu gün 39 yaşı tamam olan Messi DÇ-2026-da 2 oyunda 5 dəfə fərqlənib. O, qollarının sayını 18-ə çatdırmaqla dünya çempionatları tarixində ən çox qol vuran futbolçu adına sahib çıxıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 İyun 2026 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















