Icma.az
close
up
RU
“Messi dəlidir” Şair argentinalını vəsf etdi

“Messi dəlidir” Şair argentinalını vəsf etdi

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Şübhəsiz, Messi dəlidir".

“Yeni Sabah” xəbər verir ki, bunu şair Şəhriyar Del Gerani “Facebook” səhifəsində yazıb.

O əlvə edib: "Onun etdikləri normal zəkanın, orta statistik insan ağılının işi deyil. Bu, heç. Gəlin belə danışaq: müasir futbol təxminən 160 il qabaq yaranıb. Amma Maradonaya qədər bu, sadəcə top-top idi. Çoxlu sayda adamlar top-top oynayırdılar və birdən Maradona gəldi, top-top oyununu futbola çevirdi. Əlbəttə, “Tanrının əli”ylə neçə-neçə mötəbər futbolçu da yarandı, parladı, futbola xidmət etdi. Di gəl, əfsanəyə çevrilən “Qızıl Oğlan” oldu. Bəli, Maradona top-top oyununu futbola döndərdi”. Marqarita pizza

Şəhriyar Del Gerani Messinin futbolun özündən belə böyük olduğunu iddia edib:

“Daha sonra Ronaldinyo gəldi. Onun oyunu çox adam üçün futbolun “ən şən versiyası” idi. O, sanki oynamaq üçün yox, əylənmək üçün oynayırdı. Bu “Sehrbaz” da futbola teatrallıq qatdı. Əgər Maradona “Tanrının əli” idisə, belə demək mümkünsə, Ronaldinyo da “Tanrının hər yeri” oldu. Demək olar, bütün əzalarıyla qol vurdu. Əlbəttə, teatra çevrilməkdə olan futbolda neçə-neçə mötəbər oyunçu da yer aldı, parladı, teatral futbola xidmət etdi. Di gəl, əfsanəyə çevrilən “Sehrbaz” oldu. Bəli, Ronaldinyo futbolu teatra döndərdi.

Günlərin bir günü fiziki göstəriciləriylə, psixoloji dəliyə, Allahın səməsinə oxşayan bir qaqaş peyda olur: Messi - “Tanrının özü”! Bəli, GOAT - Greatest Of All Time - Bütün Zamanların Ən Böyüyü. Bəs Leo nə etdi? O, futbolu teatrdan çıxardıb filmə gətirdi. O, futbolu ən modern sənətə döndərdi.

Bayaq, çox yox, yarım saat qabaq, DÇ 2026-da, 39 yaşında, 80 dəqiqəlik oyununda vurduğu 3 topla göstərdi ki, o, futbolçu deyil, rejissordur; o, futbol oynamır, film çəkir. Özü də art-house - ən yüksək səviyyəli sənət filmi. Ssenarist özüdür, rejissor da, qəhrəman da.

Əlbəttə, filmə çevrilən futbolda neçə-neçə möhtəşəm oyunçu da rollandı, parladı, sinematik futbola xidmət etdi. Di gəl, əfsanəyə çevrilən “GOAT” oldu.

Heç şübhəsiz, Messi filmə çevirdiyi futbolun dünənki və əbədi əfsanəsidir. Çox adam futbolu yüksək səviyyədə oynayır müasir dünyada - Yamal, Neymar, Ronaldo, Salah, Haaland, Mbappe və sairə onlarla futbolçu sadalamaq olar. Amma onların oynadığı Maradonanın futboludur, Ronaldinyonun teatrı, Messinin filmi deyil.

Heç kəs inciməsin, Messi futboldan böyükdür. Bu sadə, gözəl və maraqlı oyunu ən yüksək səviyyəli, zövqlü sənətə çevirdiyin üçün sənə sonsuz məhəbbət sinəmdə tutmuş məkan, gözəl oğlan. Bəli, sən futbolu filmə döndərdin… Eşqlər!”

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyun 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri