Icma.az
close
up
RU
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı

Messi İspaniyanın nüfuzlu mükafatını qazandı

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya futbolunun əfsanəsi, səkkizqat "Qızıl top" sahibi Lionel Messi 2026-cı il üçün idman sahəsində nüfuzlu "Asturiya şahzadəsi" mükafatının laureatı adını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Asturiya Şahzadəsi Fondunun rəsmi saytında dərc olunub.

Argentinalı ulduzun bu ali mükafata layiq görülməsində təkcə yaşıl meydanlardakı bənzərsiz uğurları deyil, eyni zamanda "Leo Messi" Fondu vasitəsilə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti və UNİSEF-in xoşməramlı səfiri kimi oynadığı mühüm rol xüsusi vurğulanıb.

Qeyd edək ki, 38 yaşlı Messinin namizədliyi "Vetusta Universidad de Oviedo Triatlon" klubunun prezidenti David Qonsales Alonso tərəfindən irəli sürülüb. Ümumilikdə isə bu il idman nominasiyası üzrə 12 ölkədən 27 namizəd mübarizə aparıb.

"Asturiya şahzadəsi" İspaniyada təsis edilmiş və hər il dünyanın dörd bir yanından elm, mədəniyyət, idman, humanitar və digər sahələrdə müstəsna nailiyyətlər əldə etmiş görkəmli şəxsiyyətlərə, eləcə də təşkilatlara təqdim edilən beynəlxalq səviyyəli mükafatdır.

Mükafatların təqdimat mərasiminin oktyabr ayında təntənəli şəkildə keçirilməsi planlaşdırılır. Hər bir qalibə ispan rəssamı Xoan Mironun yaratdığı heykəl, xüsusi diplom, fərqlənmə nişanı və 50 000 avro məbləğində pul mükafatı təqdim olunacaq.

Eyni zamanda, məşhur futbolçu dünya çempionatında iştirak edəcək Argentina milli komandasının yekun heyətinə daxil edilib və bununla da karyerası ərzində altıncı dəfə mundialda çıxış etmək fürsəti qazanıb.

Xatırladaq ki, Messi səkkizqat "Qızıl top" sahibi, futbol tarixinin ən çox titul qazanmış oyunçusu, 2022-ci ilin dünya çempionu, Çempionlar Liqasının dördqat, İspaniyanın isə onqat çempionudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyun 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri