Messi penaltilər hesaba alınmadan qolların sayına görə Ronaldunu ötdü
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi penaltilər nəzərə alınmadan karyerası ərzində vurduğu qolların sayına görə Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoyub.
Oxu.Az xəbər verir ki, TASS-ın məlumatına əsasən, ABŞ MLS liqasının müntəzəm çempionatı çərçivəsində keçirilən "Nyu-York Red Bullz"la səfər oyununda (5:1) dubl edən Messi hazırda karyerasında ümumilikdə 874 qol vurub. Onun bu qollarından 764-ü penalti zərbələri olmadan qeydə alınıb.
Kriştianu Ronaldunun hesabında isə ümumilikdə 938 qol var ki, onların 175-i penaltidən vurulub. Messi peşəkar karyerası ərzində 1 114 oyun, Ronaldo isə 1 281 oyun keçirib.
Qeyd edək ki, Lionel Messi son yeddi matçda altıncı dublunu rəsmiləşdirib. O, MLS tarixində ardıcıl beş oyunda iki qol vuran ilk futbolçu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 İyul 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















