Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Messi rekordlara davam edir!

Messi rekordlara davam edir!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Klublararası dünya çempionatında (KDÇ) mübarizəni 1/8 finalda dayandıran “İnter Mayami” istiqaməti ABŞ çempionatına yönəldib.

"Football-plus.az" xəbər verir ki, Xavyer Masçeranonun komandası MLS-də rəqib tanımır. Lionel Messi isə qarşısına çıxanın qapısına iki qol vurur!
Öz rekordunu yenilədi
Argentinalı hücumçu 38 yaşında da hamını təəccübləndirməyə davam edir. “İnter Mayami” MLS-də növbəti oyununu keçirib. Masçeranonun komandası 23-cü turun oyununda evdə “Neşvill”lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Messi dubl etməklə komandasının qələbəsində böyük rol oynayıb. Argentinalı hücumçu ardıcıl 5-ci matçda 2 qol vurmaqla unikal göstəriciyə imza atıb. Ona görə ki, bu, MLS-də yeni rekorddu!
Lionel tarix yazmağa davam edir. Dünya çempionu ABŞ çempionatında ardıcıl 5 oyunda rəqib qapısına iki dəfə yol tapan ilk futbolçudu. O, bununla öz rekordunu yeniləyib. Çünki Leo bundan əvvəl “Nyu İnqlənd” (2:1), “Kolambus Kryu” (5:1) və iki dəfə “Monreal İmpekt”ə (4:1, 4:2) iki qol vurmuşdu.
Messi son oyunun ilk hissəsində cərimə zərbəsi ilə hesabı açıb: topu qapının aşağı küncünə yönəldib. İkinci hissədə isə rəqibin səhvindən yararlanıb: qapıçının uğursuz ötürməsindən sonra topu ələ keçirən argentinalı rəqibini aldadaraq boş qapını nişan alıb. Bir sözlə, komandasına çətin qələbə qazandırıb.
Masçeranonun onun qəhrəmanlığına reaksiyası özünü çox da gözlətməyib. Baş məşqçi həmyerlisinin indiki yaşında da “meydan sulaması”na belə şərh verib:

“Onun etdikləri, sadəcə, inanılmazdı. O, hər üç gündən bir yeni rekorda adını yazdırır. Leo komandamızın bayraqdarıdı, bizim liderimizdi. Leo bizim çempionatda necə çıxış edə biləcəyimizin standartlarını müəyyən edir. Onun möhtəşəm karyerasının hazırkı mərhələsinin bir hissəsi olmaq əsl xeyir-duadı”.


“İnter Mayami” Messinin sayəsində MLS-dəki məğlubiyyətsiz seriyasını 6 oyuna çatdırıb. Komanda hazırda Şərq konfransında 19 oyuna 38 xalla 5-ci yerdədi. Mayamililərin KDÇ-dəki çıxışına görə 3 oyun az keçirdiklərini də bildirək.
Qol seriyası davam edir
Lionel iyulun 13-də nail olduğu rekordla kifayətlənmir. Messi ümumilikdə MLS-də ardıcıl 6 oyundu rəqib qapısına yol tapır. O, bu oyunlarda 11 qolun müəllifi olub. Qeyd edək ki, yüksək liqada indiyədək analoji göstəricilərə yalnız bir futbolçu nail olub: 2018-ci ilin iyul-avqust aralığında venesuelalı Xosef Martines “Atlanta Yunayted”in formasında ardıcıl 6 oyuna 11 qol vurub.
Lionelin hazırkı məhsuldar seriyası sayəsində MLS-in cari mövsümündə 16 qolla bombardir olması qəribə görünmür. Sem Serricin də hesabında bu qədər qol var. Fərq ondadı ki, “Neşvill”in ingiltərəli hücumçusu çempionatda 22 oyun keçirib və qollarından beşini penalti ilə reallaşdırıb. Messi isə meydana çıxdığı 16 oyunda bir dəfə olsun penaltidən istifadə etməyib.
“Barselona” ilə rəsmən vidalaşacaq
Yeri gəlmişkən, dünya şöhrətli futbolçu “Barselona” ilə rəsmən vidalaşacaq. Bu xəbəri “Catalunia Radio” yayıb. Radiostansiyanın məlumatına görə, ulduz futbolçu sabiq klubunun formasında “Kamp Nou” stadionunda yenidənqurma işləri sona çatandan sonra görünəcək. “Barselona” rəhbərliyi artıq Messinin bununla bağlı razılığını alıb.
Xatırladaq ki, Lionel məhz İspaniya klubunun yetirməsidi. O, göy-qırmızı formada 2004-21-ci illərdə çıxış edib. 10 dəfə İspaniya çempionatının, 7 dəfə İspaniya kubokunun, 7 dəfə İspaniya Superkubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə Avropa Superkubokunun, 3 dəfə KDÇ-nin qalibi olub. Qeyd edək ki, Lionel 2021-ci ildə “Barselona”nı klubun maliyyə problemləri səbəbindən tərk etmişdi. Həmin ilin yayında PSJ-yə keçən hücumçunun sabiq klubu ilə vida matçı keçirmək imkanı olmamışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 İyul 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri