Messi üçün ingilis dilindən tərcümə edirdim Ronaldo
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu argentinalı forvard Lionel Messi ilə münasibətləri haqqında danışaraq, birgə qatıldıqları təntənəli mükafatlandırma gecələrindən maraqlı təfərrüatı xatırlayıb.
Redaktor.az bu barədə "The Touchline" nəşrinə istinadən xəbər verir.
"Biz 15 il boyunca mükafatlandırma mərasimlərində eyni səhnəni bölüşdük və hər zaman bir-birimizlə əla yola gedirdik. Yaxşı xatırlayıram ki, aparıcıların və qonaqların ingiliscə dediklərini onun üçün necə tərcümə edirdim. Bu, həqiqətən də çox məzəli idi!
Leo mənə hər zaman böyük hörmətlə yanaşıb. Əlbəttə ki, o, öz klubunun maraqlarını qoruyurdu, mən isə öz klubumun rənglərini müdafiə edirdim. O, öz milli komandası üçün vuruşurdu, mən də öz millim üçün. Lakin bu, yalnız sağlam idman rəqabəti idi. Əminəm ki, bütün bu illər ərzində biz bir-birimizi daim inkişaf etməyə və böyüməyə həvəsləndirmişik", - deyə Ronaldu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 12 Oktyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















