Icma.az
close
up
RU
Messi və Argentinanın uğuru haqda inanılmaz iddialar İsrail nə əlaqə?

Messi və Argentinanın uğuru haqda inanılmaz iddialar İsrail nə əlaqə?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Bir neçə saat əvvəl son dünya çempionu Argentina İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Argentina iyulun 15-də keçiriləcək yarımfinal matçında İngiltərə ilə görüşəcək. Amma iyulun 7-də 1/8 final mərhələsində Argentinanın Misir üzərində qələbəsi ilə bağlı qalmaqal səngimir.

Musavat.com vesty.co.il(“İsrail xəbərləri”)saytına istinadən yazır ki, sosial şəbəkələrdə bəzi istifadəçilər Misirin məğlubiyyətində İsraili günahlandırmağa başlayıblar.Misir tərəfi hakimliyi ədalətsiz adlandırdıqdan və FIFA prezidenti Canni İnfantinonu Argentinaya və Lionel Messiyə simpatiya göstərməkdə ittiham etdikdən sonra sosial şəbəkə istifadəçiləri yeni konspirasiya nəzəriyyələri yaymağa başlayaraq hadisədə İsrailin rol oynadığı iddiasını irəli sürüblər.

“Yayılan iddialardan birində İsrailin xarici işlər naziri Gideon Saarın guya "Argentinadan dördüncü dünya çempionluğunu qazanmağı xahiş etdiyi" bildirilir. Paralel olaraq naməlum şəxslər matçı idarə edən hakimin Vikipediya səhifəsinə müdaxilə edərək onun guya "yəhudi" olduğunu yazıblar. “X” sosial şəbəkəsində Argentina prezidenti Xavyer Mileyin İsrailə səfərini əks etdirən videokadrlar paylaşılır. Həmin görüntülərdə Mileyin yanında çıxış edən İsrailin xarici işlər naziri Gideon Saar ona "Argentinaya dördüncü Dünya Kubokunu gətirməli olduğunu" deyir. Videonu paylaşan istifadəçi bu sözləri belə şərh edib: "Argentina futbol dünyasının sözün əsl mənasında İsrailidir. İsrailin xarici işlər naziri Argentinaya Dünya Kubokunu vəd edib" deyə, sayt yazır.

Paylaşımlarda daha bir əsassız iddia irəli sürülərək Argentina prezidenti Xavyer Mileyin guya İsrailin baş naziri Benyamin Netanyahunun qohumu olduğu yazılıb. Sosial şəbəkələrdə sürətlə yayılan başqa bir paylaşımda isə 100 mindən çox izləyicisi olan PalMedia adlı istifadəçi matçdan sonra çəkilmiş videonu dərc edib. Kadrlarda Argentina millisinin formasını geyinmiş azarkeş Misir yığmasının baş məşqçisnin qarşısında İsrail bayrağını dalğalandırır. Misirli məşqçi buna qəzəblə reaksiya verir və azarkeşə tərəf tüpürməyə bənzər hərəkət edir. Bundan başqa, başqa bir yalan iddiada Lionel Messinin guya Benyamin Netanyahunun nikahdankənar oğlu olduğu irəli sürülür. Sosial şəbəkələrdə yayılan başqa bir videoda isə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) üç hərbçisi Argentinanın vurduğu qollardan birinə sevinərək reaksiya verir. Paylaşımın müəllifi yazıb: "Bundan sonra da Argentinanın sionizmi təmsil etdiyini inkar etməyə utanmırlar. O, soyqırımı törədən İsrail ordusunu, Netanyahunu tərifləyir. Bu artıq başağrısına çevrilib."

Konspirasiya nəzəriyyələrinin yayılması bununla da bitməyib. Misirdə və ərəb dünyasında tənqid hədəfinə çevrilən əsas şəxslərdən biri fransalı baş hakim Fransua Leteksye olub. Bir neçə istifadəçi onun Vikipediya səhifəsinə müdaxilə edərək hakimin guya yəhudi olduğu barədə yalan məlumat əlavə edib. Sonradan bu düzəliş silinsə də, məqalənin silinməzdən əvvəl çəkilmiş ekran görüntüləri internetdə yayılıb və matçın nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyini iddia edənlər tərəfindən guya "sübut" kimi istifadə olunub. Leteksyeyə qarşı əsas narazılıq Misir millisinin qolunun ləğv edilməsi ilə bağlı olub. Hakim hücumun başlanğıcında qayda pozuntusunun baş verdiyini əsas gətirərək qolu hesaba almayıb.

Misir tərəfi isə Argentinanın üçüncü qolunun da ləğv edilməli olduğunu bildirib. Onların fikrincə, həmin hücumun əvvəlində Məhəmməd Salahla mübarizə zamanı qayda pozuntusu qeydə alınmalı idi. FIFA Hakimlər Komitəsinin sabiq sədri, zamanın tanınmış hakimi Pyerluici Kollina isə Leteksyenin qərarlarını müdafiə edib.Onun sözlərinə görə, hakim həm Misirin qolunun ləğvi, həm də Argentinanın üçüncü qolunun qüvvədə saxlanılması ilə bağlı düzgün qərar verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 İyul 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri