Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində
Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.
Lionel Messi və komanda yoldaşları "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.
Baxış sayı:69
Mənbə:https://oxu.az