Messidən zədəsi ilə bağlı açıqlama
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"İnter Mayami"nin hücumçusu Lionel Messinin zədələnməsi ilə bağlı açıqlamaya yayıb.
QOL.az xəbər verir ki, 37 yaşlı argentinalı "Atalanta Yunayted" ilə son MLS matçında sıradan çıxıb. Görüş Mayami təmsilçisinin qələbəsi ilə başa çatıb. Messi oyunda fərqlənib.
Həmçinin forvard milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya ilə oyunları üçün heyətinə daxil edilməyib. Messi buna görə çox məyus olduğunu bildirib:
“Uruqvay və Braziliya ilə vacib oyunları buraxmalı olmağım utancvericidir. Çox istəyirdim ki, oynayım, amma kiçik zədəyə görə milliyə gedə bilməyəcəyəm. Hər bir argentinalı azarkeş kimi komandanı kənardan dəstəkləyəcəyəm. İrəli, Argentina!".
"İnter Mayami" də futbolçusunun durumu ilə bağlı bu məlumatı yayıb. Klub bunları qeyd edib:
“Messi əzələsinin vəziyyətinin qiymətləndirilməsi üçün MRT müayinəsindən keçdi. O, “Atalanta” ilə oyunda diskomfort hiss edib. Müayinənin nəticələri əlavəedici əzələdə yüngül zədənin olduğunu təsdiqlədi. Onun qarşıdakı oyunlarda iştirak edib-etməyəcəyini hələ bilmirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 18 Mart 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















