Icma.az
close
up
RU
Milli ilə vidalaşan Messidən ilk açıqlama

Milli ilə vidalaşan Messidən ilk açıqlama

Icma.az bildirir, Milli.az portalına istinadən.

Səkkizqat "Qızıl top" sahibi Lionel Messi Argentina milli komandasında keçirdiyi illərə rəsmən son qoyub.

Milli.Az xəbər verir ki, əfsanəvi futbolçu qərarı ilə bağlı sosial şəbəkə hesablarında duyğusal paylaşım edib. Messi milli komandanın formasını geyinməyin onun üçün xüsusi məna daşıdığını vurğulayaraq bu qərarın doğru olduğuna inandığını bildirib.

Vida mesajında futbolçu belə yazıb:

"Dünən mənim son oyunum idi və mən artıq darıxıram. Bilirəm ki, doğru qərar verirəm. Bu, sevinclərlə, həm də bəzi kədərlərlə dolu inanılmaz bir yol idi, lakin dəqiq bilirəm ki, atılan hər bir addıma dəyərdi. Milli komandanın formasını geyinmək vaxtı çatanda hisslərimə həmişə hörmətlə yanaşdıqları və özümü ölkəmə həsr etməyə imkan verdikləri üçün oynadığım bütün klublara təşəkkür edirəm".

Lionel Messi Argentina yığmasının heyətində son matçını oktyabrın 7-nə keçən gecə Beninə qarşı keçirib. Qarşılaşma Argentina­nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nikolas Otamendi və Niko Pasın da fərqləndiyi görüşdə Messi 71-ci dəqiqədə penaltidən topu rəqib qapısından keçirib. O, həmçinin iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Messi avqustun 31-də Argentina millisindəki karyerasını yekunlaşdırmaq qərarını açıqlamışdı.

Karyerası ərzində "Barselona" və PSJ-də çıxış edən futbolçu hazırda "İnter Mayami"nin formasını geyinir. Messi klub səviyyəsində 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Bundan əvvəl Kriştianu Ronaldo da Lionel Messinin milli komandadan ayrılması ilə bağlı ona dəstəyini ifadə edən paylaşım etmişdi.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Oktyabr 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri