Messinin vəziyyəti xeyli yaxşılaşıb Skaloni
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatı ərəfəsində Lionel Messinin fiziki durumu barədə danışıb.
"Ölkə.az" xəbər verir ki, çalışdırıcı azarkeşləri sevindirəcək açıqlama verib:
“Leo özünü yaxşı hiss edir. O, artıq məşqlərin bir hissəsini komanda ilə birlikdə keçirib və bu, çox vacibdir. Tamamilə komandadan ayrı çalışmır, tədricən formasını bərpa edir. Vəziyyəti xeyli yaxşılaşıb və bu, bizi rahatlaşdırır”.
Qeyd edək ki, Argentina millisi dünya çempionatı öncəsi Hondurasla yoldaşlıq görüşü keçirib və 2:0 hesablı qələbə qazanıb. Lionel Messi oyunun iştirak ərizəsində yer alsa da, görüşü ehtiyat oyunçular skamyasında keçirib.
Dünya çempionatında Argentina millisi J qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Avstriya, İordaniya və Əlcəzair yığmaları olacaq.
Qeyd edək ki, 8 qat “Qızıl top” mükafatçısı mayın sonunda MLS-də keçirdiyi oyunda zədələnmiş və bu səbəbdən milli komandanın düşərgəsinə tam hazır vəziyyətdə qoşula bilməmişdi.(Publika.az)
Baxış sayı:113
Bu xəbər 07 İyun 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















