Skaloni Messinin vidasından danışdı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yığma karyerasnı başa vurması haqda danışıb.
QOL.az xəbə verir ki, 39 yaşlı forvardın vida matçı bu gün keçirilib. Beninlə oyun Messi üçün sonuncu olub.
Argentinalı mütəxəssis isə görüşdən sonra deyib:
“Bu, çox emosional və eyni zamanda kədərli gündür. Çünki o, artıq Argentina forması ilə oynamayacaq. Mənim üçün onu məşq etdirmək bir arzu idi. Bu gün bunu hamının qarşısında ona dedim. Düşünürəm ki, istənilən argentinalı eyni sözləri deyərdi. Mən arzumu reallaşdıra bildim. Heç vaxt həyatımda onun məşqçisi – futbol tarixinin ən böyük oyunçusunun məşqçisi olacağımı təsəvvür etməzdim. O, 20 illik karyerası boyunca ən yaxşı olub və indi də belədir”.
Baş məşqçi Messinin Argentina futboluna verdiklərinə görə ona minnətdar olduqlarını vurğulayıb: “Onunla birlikdə olmaq imkanını bizə verdiyi üçün sonsuz minnətdarıq. Oyundan əvvəl gözlərimdəki yaşın səbəblərindən biri də bu idi. Çoxlu fikirlər məni bürümüşdü. Artıq onu görməmək həqiqətən kədərli olacaq. Messi arxasında inanılmaz miras qoyur. Əlbəttə, yolumuza davam edəcəyik. Argentina millisi inkişafını davam etdirəcək, amma belə futbolçular bir daha olmayacaq”.
Qeyd edək ki, Messi Argentina millisinin heyətində 208 oyunda 126 qol vurub və 70 məhsuldar ötürmə edib.
Baxış sayı:106
Bu xəbər 07 Oktyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















