Icma.az
close
up
RU
“Meta” sosial şəbəkələrdəki qadağaları yumşaldır Yeniliklər hansı fəsadları gətirəcək?

“Meta” sosial şəbəkələrdəki qadağaları yumşaldır Yeniliklər hansı fəsadları gətirəcək?

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Meta Platforms”un həmtəsisçisi Mark Zukerberq “Facebook” hesabında paylaşdığı videoda “Facebook” və “Instagram”da söz azadlığını bərpa edəcəyi ilə bağlı məlumat verib. O bildirib ki, kontent moderasiya üçün mürəkkəb sistemlər yaradılıb, lakin hər şey mürəkkəb olanda bu, səhvlərə gətirib çıxarır. Hətta postların 1 faizi senzuraya məruz qalsa belə, bu, milyonlarla istifadəçiyə təsir edir. Nəticədə səhvlər və senzura həddindən artıq çox olur. Buna görə də paylaşım qaydaları sadələşdiriləcək və platformalarda fikir ifadə etmək azadlığı bərpa ediləcək.

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bu, o deməkdir ki, artıq hər kəs sosial şəbəkələrdə istənilən fikri səsləndirəcək. Bu günə kimi edilən paylaşımlarda hər hansı bir qeyri-etik ifadə, yanlışlıq, təhqir xarakterli sözlər və ifadələr paylaşılanda “Meta” avtomatik olaraq həmin paylaşımları bloklayır, profillərə məhdudiyyət qoyurdu. “Meta”da tətbiq edilən bu yeniliyin azərbaycanlı istifadəçilərin paylaşımlarına edəcəyi təsir, eyni zamanda, bu azadlığın bizim üçün müsbət və mənfi tərəfləri olduqca maraqlıdır.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib ki, “Meta”nın alqoritmlərində dəyişiklik edərək yoxlama prosesini azaltması azərbaycanlı istifadəçilərin paylaşımlarına bir sıra mənfi və müsbət təsirlər gətirə bilər.

“Müsbət təsiri odur ki, yoxlama prosesinin azalması paylaşımların daha sürətlə işə salınmasına imkan verəcək. Həmçinin, istifadəçilər məhdudiyyətlərə daha az məruz qalacaq, bu da onların düşüncələrini və fikirlərini daha az məhdudlaşdırır. Bu yenilik, eyni zamanda, istifadəçilər üçün daha az bloklanma deməkdir. Bununla yanaşı, daha yumşaq istifadəçi şərtləri tətbiq ediləcək. Ona görə də həyata keçiriləcək dəyişiklik azad fikirli insanların öz fikirlərini daha rahat ifadə etməsinə imkan verəcək”, – deyə o qeyd edib.

Ekspert yeniliyin mənfi təsirlərindən də söz açıb:

“Yoxlama prosesinin azalması mənfi və ya qeyri-etik paylaşımların daha çox yayılmasına imkan yarada bilər. Eyni zamanda, şəxslərə aid məxfi informasiyaların yayılması arta bilər. Daha az yoxlama prosesi şəxsi məlumatların və ya qeyri-qanuni məlumatların yayılmasına yol açar. Bununla yanaşı, bəzi istifadəçilər yoxlama prosesinin azalmasından məmnun olacaq, çünki, dezinformasiya xarakterli paylaşımların daha çox yayılması mümkün olacaq. Amma platformalarda fikir ifadə etmək azadlığının bərpa edilməsi sosial şəbəkələrə olan etibarın azalmasına gətirib çıxara bilər”.

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev sosial şəbəkələrdəki gözlənilən sərbəstliyin istifadəçilərə ümumi təsirindən danışıb.

O bildirib ki, “Meta”nın (“Facebook”, “Instagram” və s. daxil olmaqla) alqoritmlərindəki dəyişikliklər və yoxlama proseslərinin azalması azərbaycanlı istifadəçilərin paylaşımlarına müxtəlif şəkildə təsir göstərə bilər:

“Bu təsirlər həm müsbət, həm də mənfi ola bilər. 2023-cü ildə 12-16 oktyabr tarixinlərində Sosial Tədqiqatlar Mərkəzinin apardığı ictimai rəy sorğusunun nəticələrindən aydın olur ki, respondentlərin gündəlik əsas məlumat mənbəyinin 55.7 faizini sosial şəbəkələr təşkil edir. Ona görə də məsələ hər iki mənada düşündürücüdür. Gəlin, bir qədər detallı baxaq:

Müsbət təsirlərindən bəzilərini aşağıdakı kimi qeyd etmək olar.

Yoxlama proseslərinin azalması nəticəsində daha çox insan öz fikirlərini sərbəst şəkildə paylaşa bilər. Əvvəllər senzura, avtomatik sistemlərin və ya süni intellektin səhvən blokladığı paylaşımlar indi görünə bilər. İstifadəçilər daha çox yaradıcı və fərqli məzmun yarada bilərlər, bu da sosial şəbəkələrin daha maraqlı olmasına gətirib çıxara bilər. Reklamlar və paylaşımlar daha az məhdudiyyətlə yayımlana bilər, bu da kiçik və orta bizneslər üçün faydalı olar”.

Bəhruz Əliyevin fikrincə, bu yeniliyin mənfi təsirləri aşağıdaki kimidir:

“Yoxlama proseslərinin azalması, yanlış məlumatların və yalan xəbərlərin daha geniş yayılmasına səbəb ola bilər. Bu da sosial mühitdə çaşqınlıq yaradar. Zərərli məzmunların, nifrət nitqinin və ya təhqiredici paylaşımların artmasını ehtimal etmək olar. Bu da istifadəçilər arasında gərginlik yarada bilər.

Məzmunun az yoxlanması zərərli və ya yaşa uyğun olmayan paylaşımların daha çox yayılmasına səbəb ola bilər. Sosial şəbəkələrdə müxtəlif mövzularda xoşagəlməz müzakirələrin çoxalması ehtimalı da mümkün versiyalardan biridir. Eyni zamanda, sosial harmoniya pozula bilər, dezinformasiya daha çox yayıla bilər”.

“Ona görə də hər birimiz fiziki izlərimizə diqqət etdiyimiz kimi, virtual izlərimizə də diqqət etməliyik və etdiyimiz bütün davranışların məsuliyyətini düşünməliyik. Dəyərli, ciddi elmi-mədəni məzmunların inkişafında və müzakirəsində daha çox maraqlı olmalıyıq. Uyğun olmayan məzmunları isə bloklayaraq və şikayət edərək, sosial şəbəkələrin düzgün inkişafına təkan verə bilərik”, – deyə ekspert əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 Yanvar 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri