Icma.az
close
up
RU
Mətbuat tariximizə elmi yanaşmanın Şirməmməd Hüseynov məktəbi

Mətbuat tariximizə elmi yanaşmanın Şirməmməd Hüseynov məktəbi

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Bir pedaqoq kimi böyük bir jurnalist ordusunu yetişdirən maarifpərvər ziyalının, “Mətbuatın rolunu, vəzifəsinin əhəmiyyətini öyrənmək üçün onun tarixini nəzərdən keçirmək lazımdır” söyləyən tədqiqatçı-alimin - professor Şirməmməd Hüseynovun vətəninə, xalqına təmənnasız xidməti, elmi axtarışları bugünkü və gələcək nəslə örnək olacaq ömür yolunun əsas qayəsini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər BDU Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimovanın “Mətbuat tariximizə elmi yanaşmanın Şirməmməd Hüseynov məktəbi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Şirməmməd müəllimin ömür yolu bütövlükdə bir məktəbdir: fizika-riyaziyyat müəllimliyindən (Şəki) başlamış dəqiqliyi, dürüstlüyü, obyektivliyi və təmizliyi özündə cəmləşdirən pedaqoq-jurnalist fəaliyyətinə və “tarixin qaranlıq qalan” səhifələrində həqiqət axtarışına çıxan elmi araşdırmalarınadək. Bu fəaliyyət təkcə gələcək alimlər üçün deyil, həm də mətbuat sahəsində çalışacaq jurnalist kadrlar üçün bir yol xəritəsi oldu.

Şirməmməd müəllimdən bizə qalacaq bir dərs var: “Keçmişimizi öyrənmək, dərk etmək, ondan faydalanmaq və ibrət dərsi götürmək”. Bu, həmçinin Şirməmməd müəllimin fəaliyyətinin əsas amalı olmaqla yanaşı, müstəqillik dövründə yeni elmi mühit üçün də aşıladığı əsas prinsip olub.

Ötən əsrin 80-ci illərindən Azərbaycan mətbuatının açılmamış səhifələrinə, sovet ideoloji qadağalarına görə tədqiqatlardan kənarda qalan mətbu orqanlara, onun ideoloji tələblərlə öyrənilən şəxsiyyətlərinə, təhrif olunan faktlara yeni prizmadan tarixi-müqayisəli təhlil əsasında yanaşan tədqiqatçı-alim yüz əlli ilin tarixinin öyrənilməsində və tədqiq edilməsində böyük rol oynayıb. “Tarixi keçmişimizi, kökümüzü dəqiq və dürüst öyrənməyin ən mötəbər mənbələrindən biri - zamanın kollektiv yaddaşı hesab edilən” mətbuatı tariximizin “ağ ləkələrinin” aradan qaldırılması üçün zəngin mənbə, əvəzsiz məxəz kimi qiymətləndirən Ş.Hüseynovun araşdırmaları bu gün bizim mənəvi xəzinəmizdir.

Şirməmməd müəllimdən öyrəndiyimiz ən vacib məsələlərdən olan tarixi həqiqətləri və gerçəklikləri, dövrün fakt, hadisə və problemlərini təhrifsiz, yeni müstəvidə obyektiv araşdırmaq bu gün bizim əsas vəzifəmiz kimi qəbul olunmaqdadır.

Müəllimlə bir kafedrada çalışmağın özü də bir universitetdir. 27 il bir kafedrada çalışmaq, onun elmi düçüncələrindən, fikir və əqidəsindən bəhrələnmək özümüzü harada və necə görməyimizdə böyük rol oynadı.

Bu gün biz adları və yazdıqları qadağan edilmiş istiqlal mücahidlərinin milli azadlıq və ədalət uğrunda mübarizələrini alimin “Milli haqq və ədalət axtarışında” arayır, mənəvi irsimizin açılmamış səhifələrini açmaqla tarixi yaddaşımızı “Mənəvi irsimiz və gerçəklikdə” vərəqləyir, Vətən tariximizi "Mətbu irsimizdən səhifələr”də mənimsəyir, bugünkü günümüzün reallıqları ilə tarixi keçmişimiz arasında əlaqələri və bağları “Müstəqilliyin çətin yolu...Reallıqlar, düşüncələr”də öyrənirik. Stolüstü kitablarımıza və dərs prosesində müraciət etdiyimiz vəsaitlərə çevrilən bu tədqiqatlarda tarixi sənədlər, uzun illər yasaq altında saxlanmış arxiv materialları əsas yer tutur.

Bu tədqiqatlarda təqdim olunan materialların ilk oxucuları və dinləyiciləri biz olmuşuq. Şirməmməd müəllim arxivdən topladığı materialı ilk dəfə kafedrada maraqlı mülahizələrlə şərh edərdi. Müəllimin klassiklərimiz – Mirzə Fətəli Axundzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Mirzə Bala Məhəmmədzadə və digər şəxsiyyətlərlə bağlı maraqlı tapıntıları haqqında analitik yanaşmalarında, müasirlik baxımından qiymətləndirmələrində biz onu xalqının bu gününə və gələcəyinə böyük inamı olan vətənpərvər ziyalı kimi görürdük.

Şirməmməd müəllim magistrant tələbələrə dərs deyirdi. Tələbələr ondan ədalətli, prinsipial, obyektiv olmağı, eləcə də milli düşüncə, vətəndaşlıq mövqeyi, elmi dürüstlük və mənbəyə hörmət kimi keyfiyyətləri mənimsəmişdilər.

Şirməmməd müəllim mənim nəzərimdə ideal bir şəxsiyyət olmaqla yanaşı, bu gün əldə etdiyim bütün uğurlarımın mənbəyidir. Tədris prosesində müəllimimin nəinki tədqiqatları, həmçinin dərs metodu mənim üçün bir məktəbdir. Hər dəfə klassiklərimizin əsərlərini mənə oxutduranda “şövqlə oxu” nəsihətinin məndə yaratdığı məhəbbət mətbuat tarixinə, klassik irsə, milli mənəvi dəyərlərə olan sevgimi daha da dərinləşdirib, məndə bu “xəzinə”nin daha dərinliklərinə elmi yanaşmağı və müasirlik baxımından qiymətləndirməyin yollarını öyrədib.

Ömrünü bu klassik mətbu irsin toplanmasına həsr etmiş Şirməmməd müəllim “mənim ölməyə nə vaxtım, nə icazəm var” söyləməklə sanki ətrafdakılarına da vaxtın məsuliyyətini dərk etməyi məsləhət görürdü. Onun hələ deyiləsi fikirləri, tamamlanmalı işləri, bugünkü nəslə ötürülməli nə qədər elmi bilikləri vardı.

“Vaxt mənim deyil, mən vaxta cavabdehəm” fəlsəfəsini ötürən bu şəxsiyyət üçün ölmək yox, yarımçıq qalmaq qorxulu idi.

Vətəndaş-alim Şirməmməd Hüseynov təkcə tədqiqatçılıq məktəbinin deyil, müəllimlik dünyasının təmizlik faktını yaratmış bir pedaqoq kimi də həmişə qəlbimizdə, düşüncələrimizdə - yanımızdadır.

1 / 2

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri