Icma.az
close
up
RU
Meteohəssaslıq havanın dəyişilməsinə reaksiya

Meteohəssaslıq havanın dəyişilməsinə reaksiya

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzi insanların orqanizmi havanın və ətraf mühitin dəyişilməsinə (yağış, qar, külək, maqnit qasırğaları, siklon, atmosfer təzyiqinin artması, günəşdə olan dəyişikliklər və s.) müxtəlif reaksiyalar verə bilər.

Bu reaksiyaların arasında: oynaqlarda, sümüklərdə, əzələlərdə ağrılar, baş və ürək ağrıları, yuxusuzluq, arterial təzyiqin artması və ya əksinə enməsi, yorğunluq, iştahasızlıq, miqren, xroniki xəstəliklərin kəskinləşməsi və s.

Reaksiyalar daha yüngül (halsızlıq, yüngül baş ağrısı) və ya daha ağır (ürək fəaliyyətinin və nəfəsalamanın pozulmaları, ağır miqren tutmaları) ola bilər. Sinir sistemi zəif olan, depressiyalara meyilli olan, tez-tez stress vəziyyətlərinə düşən insanlarda ətraf mühitin dəyişilməsi təsirindən hətta "meteonevroz" adlandırılan pozulma inkişaf edə bilər.

Şəhərlərdə yaşayan insanlar kəndlərdə yaşayan insanlarla müqayisədə meteohəssaslıqdan daha tez-tez əziyyət çəkir.

İnsan orqanizmi havanın özünə deyil, məhz havanın dəyişilməsinə (xüsusilə kəskin dəyişilməsinə) reaksiya verir. Bu reaksiyalar havanın dəyişilməsindən, maqnit qasırğalardan və s. dəyişikliklərdən 1-2 gün əvvəl inkişaf edir və daha sonra 7 günə kimi davam edə bilər. Bu insanın yaşından, sağlamlıqla olan problemlərdən, sinir və immun sistemlərinin vəziyyətindən və s.-dən asılıdır.

Meteohəssaslığın səbəbi insanın ətraf mühitə olan adaptasiya (uyğunlaşma) prosesinin pozulmasıdır. Sağlam insanda ətraf mühitin və havanın dəyişilməsi orqanizmdə gedən bir çox proseslərə təsir edir - mübadilə prosesləri, hormonal fon, bədən hərarəti, hətta qanın tərkibi bir qədər dəyişilir. Bu dəyişikliklər insan orqanizminə ətraf mühitdə olan dəyişilməsinə adaptasiya etməyə imkan verir. Nəticədə insan ətraf mühitin dəyişilməsinə rahat uyğunlaşır və heç nə hiss etmir. Lakin müxtəlif səbəblərə görə (xroniki xəstəlik və pozulmalar, travmalar, qəza, sınıqlar və s.) bu adapatasiya mexanizmi pozula bilər ki, insan ətraf mühitin dəyişilməsinə qeyri-adi reaksiyalar (ağrılar, halsızlıq və s.) verməyə başlayır.

Əksər hallarda havanın dəyişilməsinə hər hansı xroniki xəstəliyi olan, travma, qəza və s. keçirmiş, sinir sistemi və immuniteti zəif olan insanlar reaksiya verir. Lakin bəzi tam sağlam insanlarda da bu hala təsadüf edilir. Həkimlərin fikirinə görə, əgər insan qəfildən havanın dəyişilməsinə reaksiya verməyə başlayıbsa, bu onun orqanizmində başlayan hər hansı pozulmanın əlaməti ola bilər.

Uşaqların əksər hissəsi (xüsusilə 1 yaşına kimi olan körpələr) havanın istənilən dəyişilməsinə reaksiya verirlər. Bu təbii haldır. 9 ay ərzində uşaq tam fərqli mühitdə yaşayıb və indi yeni mühitə uyğunlaşmaq üçün ona müəyyən vaxt lazımdır. Uşaq böyüdükcə bu hal keçib gedəcək. Bu səbəbdən əgər körpəniz gecəni pis yatır, yeməkdən imtina edir, ağlayır, çox narahatdırsa, dərhal hər hansı xəstəlikdən şübhələnməyin, havaya fikir verin. Belə hallarda ana uşağı daha tez-tez qucağına almalı, onu sakitləşməyə çalışmalıdır.

Meteohəssaslıqla mübarizə aparmaq üçün düzgün qidalanmaq, tez-tez açıq havada gəzmək, kifayət qədər yatmaq və dincəlmək, bədən tərbiyyəsi və idmanla məşğul olmaq (üzgüçülük, yoqa), stress vəziyyətlərdən uzaq olmaq, immun sistemini möhkəmləndirmək lazımdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri