Icma.az
close
up
RU
Metro və avtobusda gedişhaqqı artacaq? KONKRET

Metro və avtobusda gedişhaqqı artacaq? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyulun 1-dən etibarən “Bakı Kart” kartlarının satış qiymətinin 2 manatdan 3 manata qaldırılması ictimai nəqliyyatdan istifadə edən minlərlə vətəndaşın diqqətini çəkib. Son illər artan xərclər, nəqliyyat sektorunda müşahidə olunan maliyyə çətinlikləri və dövlət subsidiyalarının yükü fonunda bu qərar müxtəlif müzakirələrə səbəb olub.

Bəs “Bakı Kart”ın qiymətindəki artım gələcəkdə metro və avtobuslarda gediş haqlarının da bahalaşacağının ilk siqnalı sayıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymət artımının səbəbləri aidiyyəti dövlət qurumları tərəfindən ətraflı izah edilməlidir:

“Əslində əlaqədar dövlət qurumları bunun səbəbini açıqlamalı idilər. Hansı xərclər artıb ki, kartın satış qiyməti də yüksəlib? Təəssüf ki, bununla bağlı ictimaiyyətə hər hansı əsaslandırılmış məlumat verilməyib.

Bu yaxınlarda belə məlumatlar var idi ki, ümumilikdə nəqliyyat sistemi, həm metropoliten, həm də avtobus daşımaları zərərlə fəaliyyət göstərir. Hətta bu məsələ 2025-ci ilin dövlət büdcəsi layihəsində də öz əksini tapmışdı. Yəni sektorun gəlirləri xərclərini tam qarşılamır”.

N.Cəfərli hesab edir ki, “Bakı Kart”ın qiymətindəki artım gələcəkdə digər tarif dəyişikliklərinin başlanğıcı ola bilər:

Ola bilsin ki, bu addım ilkin anons xarakteri daşıyır. Növbəti mərhələdə ictimai nəqliyyatda, o cümlədən avtobus və metro üzrə gediş haqlarının artırılmasının da şahidi ola bilərik. Təəssüf ki, belə bir ehtimalı istisna etmək olmaz”.

Ekspert vurğulayıb ki, tariflərlə bağlı istənilən qərarın iqtisadi əsaslandırması ictimaiyyətə açıq şəkildə təqdim edilməli, vətəndaşlar qiymət artımlarının səbəbləri barədə dolğun məlumatlandırılmalıdır.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyun 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri