Metroda xətlərin ayrılması layihəsinin icra vəziyyəti açıqlanıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı metrosunda xətlərin ayrılması layihəsi nəzərdə tutulan ardıcıllığa uyğun aparılır.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, “28 May” və “Cəfər-Cabbarlı” stansiyalarının yaxınlığında olan iki hazırlıq şaxtasında işlər tamamlanıb, artıq tunel səviyyəsinə enilir:
“Tunel səviyyəsində artıq xətləri fiziki olaraq ayırmaq üçün hazırlıq mərhələsi başlayıb. İşlər xüsusi inşaat qaydası ilə aparılacaq. Bu səbəbdən hər hansı bir təhlükə olmadan və mümkün texniki cəhətdən ən qısa müddətdə işlərin başa çatdırılması nəzərdə tutulub. Əvvəlcə də elan elədiyimiz kimi fiziki xətlərin ayrılması prosesinin ümumiyyətlə 11 ay davam etməsi gözlənilir”.
O qeyd edib ki, bu işlərə paralel olaraq “28 May”-“Cəfər Cabbarlı” stansiyaları arasında bir piyada tuneli də inşa olunmalıdır:
“Platformanın arxasında, “Cəfər Cabbarlı”ya keçidi olan bir piyada tuneli var. Onun eynisi də əks tərəfdə olacaq və hal-hazırda həmin piyada tunelinin qazıntı işlərinə başlanılıb. Gələcəkdə, bu, piyada keçidi olacaq”.
B.Məmmədov deyib ki, “İçərişəhər” stansiyasının yaxınlığında dönmə kamerasının inşaat işlərində hazırda kommunikasiya xətlərinin köçürülməsi mərhələsi gedir:
“Bu işlər çox mühüm əhəmiyyət kəsb edir, çünki ətraf ərazidə olan bütün kommunikasiya xətləri zədələnmədən və ətraf ərazidə olan yaşayış binaları, obyektlərə və digər infrastruktura zərər və xələl gətirmədən aparılmalıdır. İşlər qaydasında gedir. Əvvəlcədən geoloji kəşfiyyat işləri də aparılmışdı və həmin ərazidə aidiyyəti strukturların bütün nümayəndələri ilə baxış da keçirilmişdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Yanvar 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















