Icma.az
close
up
RU
​Metronun “B 04” stansiyasında işlər yekunlaşmaq üzrədir

​Metronun “B 04” stansiyasında işlər yekunlaşmaq üzrədir

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"AZCON Holding" şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verilib.

Metbuat.az-ın məlumatına görə, tikinti işlərinin gedişi ilə yerində tanış olmaq üçün əraziyə mediatur təşkil olunub.

Bildirilib ki, bu mərhələdə inşaatla yanaşı, stansiyanın daxili infrastrukturunun qurulmasına da başlanılıb. Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb.

Bundan başqa, platformaaltı səviyyədə qrunt sularının toplanması üçün dərinliyi 7 metr olan 3 xüsusi anbar inşa olunub. Hər bir quyudan suların xaric edilməsi məqsədilə suvurma sistemləri və daimi kommunikasiya xətləri çəkilir.

Elektrik yarımstansiyası üçün dünyanın aparıcı istehsalçılarından gətirilmiş avadanlıqlar artıq quraşdırılır. Yeddi vaqonlu qatarların qəbul ediləcəyi sərnişin platformasının uzunluğu 144 metr olacaq. Buradan “8 Noyabr” stansiyasına qədər 1010 və 1021 metr uzunluğunda hər iki tuneldə dəmir yolu xətləri çəkilib.

Yollar Bakı Metropoliteninin öz istehsalı olan dəmir-beton bloklar üzərində salınıb. Tunellərdə işıqlandırma sistemi və yüksək gərginlik üçün güc kabellərinin çəkilişi başa çatdırılıb. Hazırda təmas relslərinin quraşdırılması, həmçinin qatarların hərəkətini təmin edəcək işarəvermə sistemlərinin montajına hazırlıq işləri aparılır.

Qeyd edək ki, Bakı metropoliteninin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

Ərazinin relyefi nəzərə alınaraq 29–31 metr dərinlikdə inşa olunan “B-04” stansiyası 167,7 metr uzunluğa malik olub, 4 səviyyədən ibarətdir. Səviyyələrarası keçidlər üçün 19 eskalator, fiziki imkanları məhdud sərnişinlər üçün isə 5 lift nəzərdə tutulub. Stansiyanın ümumilikdə 4 giriş-çıxışı olacaq. Hazırda onların ikisinin inşası başa çatdırılıb, digərlərində isə işlər davam etdirilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri