Top ardınca qaçan uşaq həyatını itirdi Video
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 22-si saat 13:00 radələrində, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarından birində, 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açıb:
“Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə tələsən əhalinin daha çox olduğu yaşayış zonlarında belə faciələr yaşanmasın deyə sürücü və piyadaların üzərinə qanunla nəzərdə tutulmuş konkret vəzifələr düşür.
Baş Dövlət Yol Polisi İdarəsi bütün tərəflərə, xüsusilə sürücülərə müraciət edərək, onları yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırır!”
Bu mövzuda digər xəbərlər:Top ardınca qaçan 10 yaşlı qızı avtomobil vurub öldürdü Video
24 Noyabr 2026 12:38
Argentinada faciə: 18 yaşlı futbolçu başına top dəydikdən sonra həyatını itirdi
17 Noyabr 2026 00:14
Fiziki məhdudiyyətli uşaq yanğında həyatını itirdi
21 Fevral 2025 16:47
Tovuzda FACİƏ! Azyaşlı uşaq həyatını İTİRDİ
03 Mart 2025 10:09
Mərakeşdə daşqın: 21 nəfər həyatını itirdi VİDEO
15 Dekabr 2025 11:13
Baxış sayı:41
Bu xəbər 24 Noyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















