Icma.az
close
up
RU
“My Home” yaşayış kompleksinin təsisçisi həbs edildi 172 nəfəri aldadıb

“My Home” yaşayış kompleksinin təsisçisi həbs edildi 172 nəfəri aldadıb

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda mənzil satışı adı altında 172 nəfərin aldadılması ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyev barəsində toplanmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, Nizami rayonunda “Vesta Construction” MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni tikilidə mənzillərin uzun müddət ərzində verilməməsi barədə daxil olan məlumatlar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi Ceyhun Quliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşları mənzil satışı adı altında aldadıb, təkrar dələduzluq etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq materiallarına əsasən, Ceyhun Quliyev Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində şirkət tərəfindən inşa edilmiş “My Home” yaşayış kompleksində mənzil və digər əmlak almaq istəyən şəxslərə əvvəllər başqa şəxslərə satılmış əmlakları yenidən satacağına dair yalan vədlər verib.

O, etibardan sui-istifadə etməklə vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitləri alaraq ələ keçirib. Nəticədə zərərçəkmişlərə xeyli, külli və xüsusilə külli miqdarda maddi ziyan vurulub, çoxsaylı şəxslərin hüquq və qanuni mənafelərinə, eləcə də dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər dəyib.

Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ümumilikdə 172 nəfərin zərərçəkmiş şəxs qismində tanınması təmin edilib. İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ittihamlar üzrə təqsirliliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri