Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Ermənistanın yeni konstitusiya layihəsində "müstəqillikdən imtina edilməsinin təbliğatı"nı aparan partiyaların fəaliyyətinin qadağan edilməsinə dair bənd var".
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində bildirib.
Nazir qeyd edib ki, hazırda qanunvericilik səviyyəsində partiya fəaliyyətinin məhdudlaşdırılması xarici maliyyələşdirmənin qadağan edilməsi ilə əlaqədardır və Ermənistan hakimiyyəti bu bəndi yeni Konstitusiya layihəsinə də daxil etmək qərarına gəlib. Qalyan iddia edir ki, bunda məqsəd gələcəkdə heç bir hökumətin bu qanunvericilik müddəasını dəyişdirməməsini təmin etməkdir.
"Biz, həmçinin partiya fəaliyyətinin qadağan edilməsi üçün yeni bir əsas da nəzərdən keçirmişik ki, bu da müstəqillikdən imtina edilməsinin təbliğatıdır", - deyə nazir bildirib.
Ermənistanın Rusiya və Belarus ittifaqına qoşulması ideyasının təbliğinin bu cür təbliğat hesab edilə biləcəyi sualına cavab olaraq Qalyan təfərrüata girməməyə çağırıb. Eyni zamanda, onun fikrincə, bu cür ajiotaj ilk növbədə məhdudiyyətlər altına düşür.
"Burada iki komponent var: müstəqillik və suverenlik. Bəli, yeni konstitusiya layihəsinin mətninə əsasən müstəqilliyimizi güzəştə getmək çağırışı partiyanın fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq", - deyə Srbui Qalyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 24 Noyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















