Icma.az
close
up
RU
Metronun yeni stansiyalarına harada daha çox ehtiyac var? Araşdırma

Metronun yeni stansiyalarına harada daha çox ehtiyac var? Araşdırma

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı metropoliteninin 10 yeni stansiyasının inşa ediləcəyini bildirib. Prezident qeyd edib ki, onların tikintisi bəlkə də beş il çəkər. Ancaq 10 yeni stansiyanın harada tikiləcəyi deyilmədi. Bakının baş planı, metropolitenin hazırkı vəziyyətini və ikişaf perspektivini nəzərə alanda həmin stansiyalara harada daha çox zərurət olduğu dəqiqliklə araşdırılmalıdır. Paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır. Mükəmməl ictimai nəqliyyatsız dayanıqlı mobillik və təhlükəsiz yol olmur. Ona görə də həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir”.

Bu fikirləri Bakupost.az -a nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, Bakı metrosunun genişlənməsi 10 stansiya ilə məhdudlaşmamalıdır. Metro çox ciddi şəkildə, özü də daha sürətlə genişləndirilməlidir:


“Avropanın, Çinin, Yaponiyanın Bakı kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üstündədir, hər il bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə ilə, ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır. Düzdür, bunun üçün böyük xərclər lazımdır. Bakının baş planında proqnozladırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır, yəni 10 stansiyanın tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir. Amma bu vəsaitlər metronun inkişafına mütləq yönəldilməlidir, əks təqdirdə Bakının nəqliyyat sistemi daha da pisləşəcək və paytaxda yaşamaq getdikcə daha çətin olacaq”.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Baş planda metro stansiyalarının sayının indikindən iki dəfə artıq olması nəzərdə tutulur. Ümumilikdə, 60-a yaxın metro stansiyasının olması əhali üçün çox böyük dəyişiklik deməkdir:


"Hələ ki stansiyaların sayının artırılması ilə bağlı planda Xırdalan nəzərə alınmayıb. Təəssüf ki, Azərbaycanda bir metro stansiyasının tikintisi bəzən 3 ildən 10 ilə qədər vaxt apara bilər. Biləcəri, Masazır, Xırdalana mütləq metro çəkilməlidir. Buna ciddi ehtiyac var. Yerüstü nəqliyyatın yaratdığı problemləri nəzərə alsaq, yeraltı nəqliyyata keçid daha da sürətlənməlidir. Bu, iş icraçılardan, metropoliten rəhbərliyindən asılıdır. Prezidentin tapşırığından sonra məsələyə ciddi yanaşacaqlar və tez bir zamanda bu stansiyalar tikiləcək. Metro stansiyalarının tikilməsi, sayının artırılması tıxacla mübarizədə effektiv üsuldur. Bütün tıxac problemlərinin dərhal öz həllini tapacağını demirəm. Amma hər halda sərnişinlərimiz üçün çox faydalı olacaq. İctimai nəqliyyata üz tutan insanların sayı artacaq”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyir ki, “Heydər Əliyev adına İdman Sərgi Kompleksinin arxasından, Cəlil Məmmədquluzadə küçəsindən uzadılıb şəhərin mərkəzi ilə Xətaidən keçməklə Ağ şəhərin şimal hissəsində, Keşlə kəndi yaxınlığında Babək prospekti ilə əlaqələndirilməsi nəzərdə tutulub.Bunların hamısının icrası maliyyədən asılıdır. Maliyyələşdirmə stabil olarsa, bu planlar vaxtında təhvil verilə bilər”.


Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri