Icma.az
close
up
RU
“Meydan TV işi”ndə diqqətçəkən faktlar: 100 minlərlə dollar/avro belə mənimsənilib

“Meydan TV işi”ndə diqqətçəkən faktlar: 100 minlərlə dollar/avro belə mənimsənilib

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bir müddət öncə hüquq mühafizə orqanları tərəfindən saxlanılan Meydan TV ilə əməkdaşlıq edən şəxslər haqda yeni faktlar məlum olub. Bu haqda Baku TV-də veriliş yayımlanıb. Verilişdə bu dəstənin qanunsuz əməllərindən bəhs edilir.

Məlum olur son bir neçə ildə xarixdən qanunsuz yollarla ölkəyə küllü miqdarda vəsait gətirilub. Bu vəsaitlər media, seçki prosesi, insan haqları və s. layihələrdə istifadə olunub. Gerçəkdə isə məbləğin böyük hissəsi mənimsənilib.

Haqq qoruyan, demokratiya vəd edən, söz azadlığının keşiyində dayandığını deyən şəbəkə qanunsuz maliyyə və həm də mənimsəmə ilə məşğul olub. Bu şəbəkə ilə əməkdaşlıq edən, hələ də azadlıqda olanlar hüquq mühafizə orqanları ilə əməkdaşlığa çağırılır. Əks təqdirdə onlara qarşı da qanunun sərt üzünün göstəriləcəyi deyilir.

“Köstəbəklər” üzə çıxacaqmı? Yoxsa yeni ifşa videoları görməli olacağıq?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, “Meydan TV” işində həqiqətən maraqlı məqamlar üzə çıxır:

“Aydın olur ki, bu qrup cürbəcür adlar altında “Bakı Jurnalistika məktəbi” və s. şəbəkə halında fəaliyyət göstəriblər. Əks fikir söyləyən müxalif ruhlu “xalqın adamı” cildində saxtakarlıq, cinayətkarlıq və yalnız pul müqabilində jurnalist sənətini sataraq ölkəs inə xəyanət yolunu tutublar. Plan çərçivəsində alınan küllü miqdarda pulların şəbəkə halında bölüşdürülməsi, paylanması və xərclənməsini təmin ediblər. Hüquq-mühafizə orqanlarının apardığı axtarışlar zamanı əldə edilən sənədlər, danılmaz faktlar onu deməyə əsas verir ki, onlar qarşıdakı illərdə də hər ay üçün veriləcək pulların məbləğini müəyyən ediblər. Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər. Xəbərlərin radikallıq dərəcəsi artırıldıqca alınan pulların məbləği də artıb. Hətta xəbərlər video format halında yutub sosial şəbəkəsi vasitəsilə paylaşılırsa, daha çox vəsait alınmasına bərabər olub. Eyni zamanda onlar öz şəbəkələrinə yeni kadrlar cəlb edir, şirnikləndirici üsullara da əl ataraq fəaliyyətlərini davam etdirirdilər”.

Vüqar İskəndərov

Deputatın sözlərinə görə, bütün bunlar “Meydançıların” mütəşəkkil dəstə formasında fəaliyyətini üzə çıxardır:

“Bu şəbəkəyə daxil olan insanlar özlərini belə əməlləri ilə Azərbaycana qarşı olan qüvvələrə satıblar. Jurnalist fəaliyyəti adı altında cəmiyyəti çadırmaq, ölkəmizdə seçkilərin keçirilməsi, təhsil sistemi, sosial məsələlərə aid anti-Azərbaycan mövqeyindən yazıların yazılması, çəkilişlərin edilməsi missiyasını üzərilərinə götürüblər. Məbləğlərə baxdıqda ölkəmiz əleyhinə nə qədər fəaliyyət göstərdiklərini görmək mümkün olur.

Diqqətçəkən məqamlardan biri də odur ki, onların fəaliyyəti uzunmüddətdir, davam edir. Dövlət, hüquq mühafizə orqanlarından kənar bu fəaliyyətləri davam etdirdikləri görüntüsü yarana bilər. Amma məsələ belə deyil. Onların bütün fəaliyyəti nəzarət altında olub, diqqətlə izlənilib. Etdikləri hərəkətlərdən, alınan məbləğlərdən dövlətin, aidiyyatı orqanların xəbəri olub”.

Vüqar İskəndərov deyib ki, hələ də trol dəstələrinin üzvləri arasında həbs edilməyənlər var:

“Onların da öz əməllərini etiraf edib, məsuliyyətə cəlb olunmaları yaxşı olardı. Anlamalıdırlar ki, Azərbaycan sürətlə inkişaf edən və bir çox böyük güclərin qarşısında dirəniş göstərən qüdrətli ölkəyə çevrilməkdədir. Bu gün, qazandığımız uğurlar bəzi ölkələr tərəfindən qısqanclıqla qarşılanır. Ona görə də mənəviyyat və milli ruhu zəif olan insanlardan istifadə edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri