Meydançanın vəziyyəti bizim üçün bəhanə deyil Kopenhagen in baş məşqçisi
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Kopenhagen" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində sabah Bakıda "Qarabağ"la üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Danimarka təmsilçisinin baş məşqçisi Yakob Neestrup matçdan öncə keçirilən mətbuaat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Stadionun ot örtüyünün vəziyyəti necədir?
- Daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq, bizim vəzifəmiz qələbə qazanmaqdır. İdeal olmasa da, normaldır. Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq.
- Rəqib barədə nə deyə bilərsiniz?
- Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdür. Şərtlər hər iki komanda üçün bərabərdir. Onlar bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. "Ferensvaroş" kimi klubu keçmələri çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. "Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















