Icma.az
close
up
RU
Meydanda bərabərsəviyyəli oyunun getdiyini düşünürəm Jorj Kaşkilya

Meydanda bərabərsəviyyəli oyunun getdiyini düşünürəm Jorj Kaşkilya

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"İmişli" Misli premyer-liqasının 7-ci tur matçında "Araz-Naxçıvan"ın meydanından məğlub ayrıldı - 0:2.

"Football-plus.az" xəbər verir ki, "pələnglər"in baş məşqçisi Jorj Kaşkilya media nümayəndələrinin suallarını cavabladı.
- Hər iki komanda çox çətin və keyfiyyətli oyun keçirdi. "Araz-Naxçıvan" avrokubok təcrübəsi olan komandadı. Buna baxmayaraq, çox yaxşı oyun göstərdik. Rəqib birinci hissədə qol vurdu. Buna baxmayaraq, fasilədə komandaya motivasiya verdik. İkinci yarıda penaltini dəyərləndirə bilmədik. Meydanda bərabərsəviyyəli oyunun getdiyini düşünürəm. Onu deyim ki, xüsusilə, ikinci hissədə hücumlarda daha çox vaxt keçirdik.
- İkinci hissədə xeyli dəyişiklik etdiz. Sanki bütün futbolçuları meydana buraxmaq istəyirdiz...
- Bu normal haldı. Çünki uduzurduq. Belədə meydana hücumameyilli futbolçular buraxdıq.
- Penaltinin dəqiq yerinə yetirilməməsi sizi narahat edirmi?
- Hər oyunçuyla bu barədə fərdi söhbət edirik, onları oyunlara hazırlayırıq. Futbolçuların təkcə penalti epizodlarına yox, bütün oyun elementlərinə hazır olmasını istəyirik və bu yöndə çox çalışırıq.
- "Şamaxı"yla matçdan sonra hakimlikdən narazı qalmışdız. Bu gün top sizdə olanda hakim əvəzetmələr üçün oyunu dayandırdı və bu qərar texniki zonanızda kəskin etirazla qarşılandı. Bu gün də hakimlikdən narazısızmı?
- Xeyr, bu gün hakimin idarəçiliyindən razı qaldım.
- Adətən, uğurlu seriyalar pozulandan sonra komandada ruh düşkünlüyü yaranır. Bunun qarşısını necə alacaqsız?
- Məğlub olmaq da futbolun bir hissəsidi. Bu gün uduzduq. Ancaq "Araz-Naxçıvan" kimi rəqibə qarşı bərabərsəviyyəli oyun göstərdik. Komandamın motivasiya yerindədi. Məğlubiyyət bizə mənfi təsir etməyəcək. Futbolçularımdan razı qaldım. Bu arada, uzun məsafə qət edib bura gələn azarkeşlərə təşəkkür edirəm. Xahiş edirəm, bizə dəstək olmağa davam etsinlər. Onların varlığı bizim üçün çox vacibdi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Oktyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri