Icma.az
close
up
RU
“Meydanda çıxış edib camaatı dağıtmaq istədim, ancaq məni heç kəs eşitmədi…” Tanınmış alim “KQB” müstəntiqlərinə…

“Meydanda çıxış edib camaatı dağıtmaq istədim, ancaq məni heç kəs eşitmədi…” Tanınmış alim “KQB” müstəntiqlərinə…

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ənvər Əliyev: “Onların bir tərəfdən, mitinqdə hakimiyyət orqanları tərəfindən göndərilmələrini özləri etiraf etmələri, digər tərəfdən isə bəzilərinin hələ yaza bilmədiyim boğazdan yuxarı sözləri mənə çox ağır gəlirdi. Adi bir müstəntiqin qarşısında haqq sözlərini tam şəkildə danmalarına adam söz tapa bilmir…”

...Milli Dirçəliş Gününün əsasının qoyulduğu Meydan Hərəkatının başlanmasından 37 il keçsə də, həmin hərəkatın bir çox fəalları sonradan müstəqilliyimizin bərpasında və müstəqil dövlət idarəçiliyində mühüm rol oynamışdır. Bu gün də hələ dövlət qurumlarında, Milli Məclisdə və s. həmin hərəkat fəalları iş başındadır...

Bütün bunları və mövzunun hələ də aktual olduğunu nəzərə alaraq Moderator.az oxucularına həmin mitinqlərin ilk təşkilatçısı Ənvər Əliyevin “Meydan sirləri...” adlı kitabından və müəllifin bu günlərdə sosial şəbəkədə açıqladığı məqamlar əsasında həmin hərəkatın mediada işıqlandırılmamış və yaxud az işıqlandırılmış maraqlı epizodları haqda danışacağıq...

Beləliklə, 1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakının indi “Azadlıq” adlanan o vaxtkı Lenin adına meydanda davam edən Meydan Hərəkatı Nazirlər Sovetinin sədr müavini Artur Rasizadənin qərarı(əslində razılığıyla) dağıdıldıqdan sonra onun fəal liderləri və iştirakçıları həbs edilərək, yaxud şahid qismində dəvət edilərək Moskvadan gəlmiş SSRİ “KQB” müstəntiqləri tərəfindən ifadələri alınmağa başlandı...

Ənvər Əliyev “Meydan sirləri” adlı kitabının 298-299-cu səhifələrində sonradan müstəqillik dövründə böyük çətinliklə arxivlərdən əldə etdiyi istintaq materialları əsasında  bunları təqdim edir:  

(Əvvəli burada:)

“Xalisbəyli Tağı - V.İ.Lenin adına Pedaqoji İnstitutun dosenti. 25 yanvar 1989-cu il.

...Mən Nemət Pənahovun ayın 19-20-dəki çıxışlarına qulaq asmışam. O qeyd edirdi ki, erməni ekstremistləri Dağlıq Qarabağda azərbaycanlıların evlərini yandırır, onları oradan qovlamaq lazımdır. Bu cür faktlar onun çıxışlarında çox idi. Bu barədə mən onunla qətiyyən razı deyiləm...

... Noyabrın 23 və 25-də çıxış edib, camaatı dağıtmaq istədim. Ancaq mənə heç kəs qulaq asmadı. Mən şəxsən meydanda gecələməmişəm. Ayın 25-də isə xəstə olduğum üçün evdən bayıra çıx-mamışam (XIII cild, s. 149-151).

Tağı Xalisbəylinin meydandakı çıxışlarının stenoqrafik mətnlərində isə “Mən Babək oğluyam, mən Koroğlunun oğluyam”.., “...Biz Babəkin, Koroğlunun, Səttərxanın oğluyuq...” (XIV cild, s. 115) kimi ibarələr dəfələrlə təkrar olunur. Bu cür çıxışlar barədə mən müstəntiqlərin neçə dəfə ironiyalı iradlarını eşitmişəm. Həmçinin  belә pafoslu ifadələrlə dolu səhifələri vərəqlədikcə istər-istəməz mitinqin ilk günlərini, yəni onu formalaşdırmaq istədiyim günlərdə mikrofona buraxmadığım və bunun üçün məndən inciyən ziyalılarımızı xatırlayıram. Onların bir tərəfdən, mitinqdə hakimiyyət orqanları tərəfindən göndərilmələrini özləri etiraf etmələri, digər tərəfdən isə bəzilərinin hələ yaza bilmədiyim boğazdan yuxarı sözləri mənə çox ağır gəlirdi. Adi bir müstəntiqin qarşısında haqq sözlərini tam şəkildə danmalarına adam söz tapa bilmir. Təsəvvür edirəm ki, onlar aylarla «içəridə» olsaydılar, nələr baş verə bilərdi? Belə vaxtda mən Y.Sauşkinin irişə-irişə «Mən burada istənilən adamdan, istənilən ifadəni ala bilərəm» dediyi sözləri xəcalətlə yadıma salıram.  Hadisələrin əvvəlində erməni ziyalılarının vətəndaşlıq mövqeyi, onların hətta ən ali ölkə rəhbərliyi qarşısında öz tələblərini (haqsız olsa belə!) ciddiliyi ilə qoymaları məndə bir qibtə hissi oyadır...

Biz Vətən sevgisindən nə qədər danışıb, nə qədər yazsaq da, Vətənimiin övladları əməlləri ilə vətənlərini sevənlərinkinə bənzəmir ki, bənzəmir!..”

(Davamı var)

Qeyd:

Materialda adları çəkilən şəxslərin və ya onların nümayəndələrinin şərhlərini dinləməyə və təqdim etməyə hazırıq...

Təqdim etdi: Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri