Meydanda huşunu itirən ulduz futbolçunun son vəziyyəti bilindi
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Fiorentina"nın hücumçusu Moyze Kinin son durumu bəlli olub.
Fanat.Az Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu xəstəxanadan evə buraxılıb.
24 yaşlı ön xətt oyunçusu A Seriyasının XXVI turunda, "Verona" ilə matçda (0:1) başından diz zərbəsi almışdı. O, meydana qayıtsa da, bir neçə dəqiqə sonra huşunu itirərək yerə yıxılmış və təcili yardım maşını ilə xəstəxanaya çatdırılmışdı.
Kinin səhhətində heç bir problem olmadığı açıqlanıb.
Qeyd edək ki, sözügedən oyunçu 2024-cü ilin yayından "Fiorentina"da çıxış edir. Cari mövsüm bütün turnirlərdə 30 matça çıxan İtaliya millisinin üzvü 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:92
Bu xəbər 24 Fevral 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















