Meyit 5 aydır Xankəndidədir, İrəvan hələ müzakirə aparır
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qarabağın erməni əsilli sakini Vera Ağasyanın cəsədinin Ermənistana daşınması məsələsi hələ də həll olunmamış qalır.
Axar.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Ermənistan Milli Təhlükəsizlik Xidmətindən yazılı sorğuya cavab olaraq məlumat verilib.
"Mərhum Vera Ağasyanın cəsədinin Ermənistana daşınması məsələsi müzakirə mərhələsindədir", - deyə qurumdan bildirilib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini general-leytenant Şərəfət Həsənov bəyan etmişdi ki, Ermənistan artıq 5 aydır Xankəndində vəfat etmiş Vera Ağasyanın cəsədini götürmür.
Qeyd edək ki, 70 yaşlı Ağasyan 2024-cü ilin oktyabrında vəfat edib.

Bu ölkələrin başçıları Xankəndidədir
04 İyul 2025 13:16
Pezeşkian da Xankəndidədir FOTO
04 İyul 2025 13:44
Ərdoğan Xankəndidədir Video Yenilənib
04 İyul 2025 13:59
Azərbaycanda ən yüksək əməkhaqqı Xankəndidədir
10 İyun 2025 09:56
İrəvan Xankəndidə ölən qadının meyitini 5 aydır götürmür
10 Mart 2025 11:24

