Meyxanaçılar qızına görə Samirədən İMTİNA ETDİLƏR
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər müğənni Samirənin qızı Fərəh ilə bağlı yayılan görüntülər və səsləndirilən iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, bəzi platformalarda ifaçının "meyxanaçı Samirənin qızı" kimi təqdim edilməsi isə xüsusilə diqqət çəkib.
Məsələ ilə bağlı meyxanaçılar Rüfət Nasosnu və Mehman Əhmədli açıqlama verərək mövqelərini bildiriblər. Onların sözlərinə görə, qalmaqallı hadisədən sonra Samirənin məhz "meyxanaçı" kimi təqdim olunması doğru yanaşma deyil.
Rüfət qeyd edib ki, Samirə illərdir səhnədə zəhmət çəkən, ailəsinə halal zəhməti ilə çörək qazanan dostumuzdur, onun sözlərinə həmkarı da qoşulub:
"İllərlə oxuyub, əziyyət çəkib. Nəsə neqativ hadisə olanda onu 'meyxanaçı' kimi təqdim edirsiniz. Bu düzgün deyil. Samirə uzun illərdir müğənni kimi fəaliyyət göstərir və televiziya layihələrində də uğur qazanıb". Onun sözlərinə görə, ifaçı kanallardan birində yayımlanan "Toylar kraliçası" müsabiqəsində müğənni kimi qalib olub.
Meyxanaçılar hesab edir ki, meyxana sənətinə qarşı mövcud olan qərəz bu cür hallarda daha qabarıq şəkildə özünü göstərir:
"Meyxana ilə düşmənçiliyinizi belə etməyin. Samirə özü də deyir ki, meyxanaçı deyil. Sadəcə, meyxana deməyi bacaran nadir müğənnilərdəndir".
Sözügedən açıqlamalar sosial mediada yeni müzakirələrə yol açıb.
Mövzu ətrafında müzakirələr davam edir.
Musa
Milli.Az
Baxış sayı:105
Bu xəbər 04 Mart 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















