Icma.az
close
up
RU
Məzahir Pənahovun oğlu arvadını bu villada döyüb Nazirlər, icra başçıları və generalların qatıldığı “Fairmont” hoteldə dəbdəbəli toy və... (FOTOLAR)

Məzahir Pənahovun oğlu arvadını bu villada döyüb Nazirlər, icra başçıları və generalların qatıldığı “Fairmont” hoteldə dəbdəbəli toy və... (FOTOLAR)

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşı verdiyi işğəncələrdən Bakıya qaçması haqda yeni xəbərlər var.

Belə bəlli olur ki, məhkəmə artıq Pənahov cütlüyünün nigahının lığv olunması barədə qərar verib.(“Qafqazinfo”). Boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov özü prosesdə iştirak etməyib, onu vəkili təmsil edib. Müdafiəçi müvəkkilinin boşanmaq istəmədiyini əsas gətirərək, iddia tələbinin rədd edilməsini istəyib. Cavabdehin narazı olmasına baxmayaraq məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib.

Mia.az musavat.com-a istinadla xəbər verir ki, Məzahir Pənahov xəbərdə adı keçən oğluna 2022-cü ilin yayında “Fairmont” hoteldə dəbdəbəli toy edib. O, Həlimə adlı xanımla ailə qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar və nüfuzlu iş adamları iştirak edib.

Bildirilir ki, yeni evlənənlər ABŞ-da, Los-Ancelesdə MSK sədrinin oğluna aldığı 2 milyon 35 min 400 dollara dəbdəbəli villasında yaşayıblar. Yeni evlənənlərin şirin həyatı Məhəmməd Pənahovun pis vərdişlərə, ilk növbədə spirtli içkilərə aludəçiliyə ortaya çıxandan sonra başlayıb. Məsələn, Məhəmməd Pənahov bir dəfəyə 26 butulka pivəni boşaldıb, sonra isə boş şüşələri hamilə arvadına atıb. Pənahovun belə aludəçiliyi qadına qarşı çoxlu qan və zorakılığa səbəb olur və hamilə arvadı övladını itirir. Nəhayət, köməksiz qadın bu həyata dözməyərək ABŞ-dan qaçmaq qərarına gəlib. Valideynləri dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqda görüb.Buradada da boşanmaq üçün məhkəməyə müraciət edilib.

Tərəflər arasında başqa bir çəkişmə isə ondan ibarətdir ki, Məhəmməd Pənahov boşanmaya razı olmamaqla yanaşı həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və bahalı geyimlərini (bahalı şubalar və sair) də qaytarmır. 300 min manatdan çox qiyməti olan həmin əşyaların çoxu gəlinə birgə nikah dövründə bağışlanıb. Bəzilərini isə o, nikahdan əvvəl şəxsi vəsaiti hesabına alıb. Məsələ hələ də həllini tapmadığı üçün qadın yenidən məhkəməyə üz tutacaq. Məhəmməd Pənahov isə vəkili vasitəsilə nikahın pozulması qərarından apelyasiya şikayəti verib. Hələ ki, bu şikayət üzrə yekun qərar elan edilməyib.

O da bildirilir ki, Məhəmməd Pənahov qadına hədə-qorxu gəlməkdə və təhdidlərə davam edir. Hələ ki, nə MSK sədri, nə onun ailəsi məsələyə münasibət bildirib.

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çevrilib.

Pənahovların gəlini ərinin onu hədələdiyini və boşanma prosesinə əngəllər yaratdığını bildirib.

H.Pənahovanın boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov özü prosesdə iştirak etməyib, onu vəkili təmsil edib. Müdafiəçi müvəkkilinin boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini istəyib.

Cavabdehin narazı olmasına baxmayaraq məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib.

Tərəflər arasında başqa bir çəkişmə ondan ibarətdir ki, Məhəmməd Pənahov boşanmağa razı olmamaqla yanaşı həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və bahalı geyimlərini (bahalı kürklər və sair) də qaytarmır. 300 min manatdan çox qiyməti olan həmin əşyaların çoxu gəlinə birgə nikah dövründə bağışlanıb. Bəzilərini isə o, nikahdan əvvəl şəxsi vəsaiti hesabına alıb. Məsələ hələ də həllini tapmadığı üçün qadın yenidən məhkəməyə üz tutacaq.

Məhəmməd Pənahov isə vəkili vasitəsilə nikahın pozulması qərarından apellyasiya şikayəti verib. Hələ ki, bu şikayət üzrə yekun qərar elan edilməyib.

Qeyd edək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb. H. Pənahova iddia edir ki, əri sonradan içki aludəçisinə çevrilib. Şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirib(Qafqazinfo)

***

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir.

Mia.az xəbər verir ki, o, Haqqin.az-a müraciət edərək hadisənin ABŞ-də baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb.

Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivə butulkalarını içdikdən sonra boş şüşələri onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib. 

O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada yaşadıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub. 

Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. 

Qeyd edək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 May 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri