Icma.az
close
up
RU
Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan müstəqilliyinin bərpasının 35 illiyini qeyd edir. Bu yubileyi bu günlərdə keçmişə dərin ehtiram, bu günə qürur və gələcəyə böyük inam hissləri ilə yaşayırıq.

Vətənimizin müasir tarixi, sadəcə, təqvim vərəqləri sırası deyil, torpağın altından çıxan sərvətlə torpağın üstünə tökülən qanın, suverenliyimizin tam bərpasının sevincinin verdiyimiz itkilərin acısı ilə qovuşduğu mürəkkəb bir salnamədir.

XIX əsrin sonlarında Bakının Balaxanı ərazisində “qara qızıl” dünya iqtisadiyyatının mərkəzinə çevrilərkən, bu torpaq öz taleyinin yükünü də “qara qızıl” hesabına öz çiyinlərinə götürmüşdü.

1991-ci ildə bərpa olunan müstəqillik xalqımıza təkcə azadlıq gətirmədi, müasir tariximizin ən ağır sınağı - Birinci Qarabağ müharibəsi ilə qapımızı döydü.

Sərvətlərimizə yenidən sahib çıxacağımız parlaq gələcək vəd etdiyi bir dövrdə Vətənin çağırışına səs verən minlərlə gənc neft buruqlarından, elm, sənət və yarımçıq qalmış arzularından keçərək cəbhəyə yollandı. Birinci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərimiz müstəqilliyimizin ilk kövrək addımlarını öz qanları ilə suvaran təməl daşları oldular.

Ümummilli Lider Heydər Əliyevin strateji siyasi və iqtisadi xətti ilə gedən bugünkü Azərbaycanın müstəqil dövlətçiliyinin arxasında duran güc təkcə geoloji sərvətlərimiz deyil, torpaq uğrunda gözünü qırpmadan canından keçən o qəhrəmanların da əbədi xatirəsidir.

“Balakhani Operating Company LTD” daxil olmaqla, bu gün Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətlərində 160-dan çox Birinci Qarabağ müharibəsi qazisi çalışır.

Balaxanı neftçisi Orxan Məmmədzadə isə həmin qazilərdən birinin - məzarı olmayan Bayram Məmmədovun yadigarıdır.

Atasını itirəndə Orxanın bir yaşı belə yox idi. Onun isti qucağını və şəxsi xatirələrini yalnız ailəsinin danışdığı məhəbbət dolu hekayələrdən quran neftçi üçün "Balakhani Operating Company LTD", sadəcə, iş yeri deyil, illər əvvəl burada neft buruqlarında çalışmış atasının rəmzi ocağıdır.

1992-ci ildə səfərbərliyə çağırılan Bayram Məmmədov Füzuli rayonunda Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, ağır döyüşlər zamanı Qacar kəndində itkin düşüb. İllər sonra Tbilisidə üzə çıxan siyahıda adı ermənilər tərəfindən girov saxlanılan azərbaycanlı əsgərlər arasında tapılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi reyestrində “itkin düşmüş şəhid” olaraq qeydiyyata alınan Bayram Məmmədovun yekunda ölüm tarixi məhkəmə qərarı ilə 1995-ci ilin noyabrı kimi tanınıb.

Atasının işə olan məsuliyyətini və Vətən sevgisini özünə həyat yolu seçən neftçi Orxan Məmmədzadə Balaxanıda şəhid valideyninin xatirəsini və arzularını şərəflə yaşadır: “Mənim atam barədə xatirələrim ailəmin danışdıqları, onun şəkilləri və vaxtilə birlikdə çalışdığı neftçilərin xatirələrindən ibarətdir. Bəlkə buna görə də işlədiyim kollektiv mənə ailə qədər doğmadır. “Şəhid övladı” olmaq, sadəcə, bir ad deyil. Bu, insanın həyatında daşıdığı mənəvi məsuliyyətdir. Atamın ən böyük mirası onun adı, şərəfli həyat yolu və Vətən uğrunda göstərdiyi fədakarlıqdır. Mən də öz həyatımı və fəaliyyətimi bu ada layiq qurmağa çalışıram”.

“Məzarsız qəhrəman Bayram Məmmədov bugünkü Azərbaycanı görsəydi nə deyərdi” sualına isə oğlu Orxan belə cavab verir: “Yəqin ki, bugünkü qalib, suveren və başıuca Azərbaycanı görsəydi deyərdi ki, Füzuli, Şuşa, Xocalı, Xankəndi və bütün müstəqil Azərbaycan üzərində dalğalanan üçrəngli Bayrağı görüb anlayıram ki, mənim məzarım yox deyilmiş. Mənim məzarım azad edilmiş hər qarış torpaqdır! Qoyduğumuz o kövrək təməl daşları bu gün böyük bir Zəfər abidəsinə çevrilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri