Icma.az
close
up
RU
Ağ qızıl ın qara günləri: Rəqabətdə uduzuruq

Ağ qızıl ın qara günləri: Rəqabətdə uduzuruq

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Azərbaycanın pambıq ixracından gəliri azalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında 108,1 milyon ABŞ dolları dəyərində pambıq ixrac edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz azdır. Təkcə iyulda isə Azərbaycan 9,5 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə bir il əvvələ nisbətən səkkiz faiz azdır. Bəs gəlirlərin azalmasına səbəb nədir? Pambıqçılıq artıq əvvəlki qədər maraq doğurmur?

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimlinin sözlərinə görə, Azərbaycanda pambıqçılıq ənənəvi olaraq inkişaf edir: "Digər sahələrlə müqayisədə bu sahəni bilən şəxslər daha çoxdur. Azərbaycanda son illərdə pambıq sahələri ilə bağlı ciddi bir dəyişiklik yoxdur. Müəyyən rayonlar var ki, orada 100 min hektara qədər ərazi əkilir. Ümumi olaraq ildə 300 min ton məhsul istehsal edilir. Əraziləri genişləndirə bilmirik. Çünki pambıq su sevən bitkidir, torpağın imkanları olmalıdır. Pambıqçılıqda istehsal məhsuldarlıq hesabına artırıla bilər. Suvarma sistemini, toxumları inkişaf etdirməklə, torpağımıza və iqlimimizə uyğun toxumlar yetişdirərək məhsuldarlığı artırmaq olar”. 

C.İbrahimlinin fikrincə, gəlirin azalmasının səbəbi dünyada pambığın ucuzlaşmasıdır: "Pambığın böyük hissəsini ixrac edirik. Ölkəmizdə emal olunur, mahlıc formasına gətirilir. Daha çox Türkiyəyə satılır. Keçən il pambığın qiyməti son yeddi ilin ən aşağı səviyyəsinə düşüb. Dünya bazarlarında qiymətin düşməsi də ixrac gəlirlərinə təsir edə bilər”. 

İqtisadçı Rauf Qarayev isə pambıqçılıq üzrə rəqəmlərin dəyişkən olduğunu bildirdi: "Azərbaycanda pambıqçılıq qədim və inkişaf etmiş sahə olsa da, son illərdə istehsal həcmi dəyişkənlik göstərib. Sovet dönəmində pambıq istehsalı bir milyon ton təşkil etsə də, 2010-cu illərdə azalma müşahidə olunmuşdu. Sonrakı illərdə isə əkin sahələrinin genişlənməsi, məhsuldarlığın artması və istehsalın xeyli yüksəlməsi ilə pambıqçılığın bərpası istiqamətində işlər görülüb. 1981-ci ildə Azərbaycanda pambıq tədarükü bir milyon tona çatmışdı. 2015-ci ildə əkin sahələri azaldı və yalnız 18 min hektar əkilərək 35 min ton məhsul götürüldü. 2016-cı ildə 51 min hektar əkinlə 89 min ton, 2017-ci ildə isə 136 min hektar əkinlə 207 min ton pambıq istehsal olundu. 2019-cu ildə əkin sahələri azalsa da, məhsuldarlıq ciddi şəkildə artdı və 100 min hektar əkindən 294 min ton məhsul götürüldü. 2020-ci il 337 min ton, 2021-ci il 287 min ton, 2022-ci il 322 min ton, 2023-cü il 276 min ton istehsal olub. Göründüyü kimi, rəqəmlər gah azalır, gah da çoxalır”.

R.Qarayev Azərbaycanın pambıq ixracından da bəhs etdi: "Azərbaycandan pambıq əsasən xammal kimi deyil, hazır məhsul olan iplik şəklində ixrac edilir. Pambıq iplik idxal etmək ölkənin hazır məhsul ixracına göstərilən marağını və dəyər zəncirini göstərir. Bu, Azərbaycanın kənd təsərrüfatı ixracının artırılmasına töhfə verir və ölkə iqtisadiyyatı üçün vacibdir. 2025-ci ilin ilk yeddi ayında 17 milyon dollar dəyərində 7282 ton pambıq iplik ixrac olunub. Onu da qeyd edək ki, Azərbaycan eyni zamanda bəzi ölkələrə xam pambıq - daranmaya məruz qalmayan pambıq lifi ixrac edir. Bu ilin ilk üç ayında Azərbaycan Türkiyəyə 24,8 min ton, Türkmənistana isə 1,3 min ton pambıq lifi satıb. İxrac olunan pambıq lifinin bir kiloqramının orta gömrük dəyəri 1,5 dollar (2,5 manat) olub”.

İqtisadçının sözlərinə görə, pambıq ixracındakı azalmanı aradan qaldırmaq üçün müxtəlif yollar tapmalıyıq: "Pambıq ixracındakı azalma müvəqqətidir. Pambığın ixracı ilə bağlı rəqabət üstünlüyü üçün yeni bazarlar tapmalıyıq. Türkiyə, İran, Banqladeş, Rusiyaya pambıq satmaqla böyük nəticə əldə edə bilmərik. Yeni bazarlar tapılmalıdır ki, pambıq ixracımızı artıra bilək. Türkiyə vasitəsilə Avropaya pambıq sata bilərik. Bunun üçün keyfiyyəti artırmalıyıq. Bu zaman yüngül sənayemiz də inkişaf edər. Artıq geyimlərimizi də özümüz istehsal edə bilərik. Bu isə bir sıra sahələrin inkişafına gətirib çıxarar. Təəssüf ki, istehsal etdiyimiz pambıqdan alınan məhsullar azdır. O səbəbdən rəqabətdə digər ölkələrə uduzuruq. Məsələn, pambığımızı Türkiyəyə göndərib orada məhsullar istehsal edib digər ölkələrə sata bilərik. Pambıqçılığın stimullaşdırılması üçün subsidiyalar mövcuddur. Həmçinin yeni avadanlıqlar alıb gətirmək lazımdır ki, itkiyə daha çox yol verməyək”. 

Mənbə: "Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Sentyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri