Icma.az
close
up
RU
Məzuniyyətə çıxmadan pulunu almaq olar?

Məzuniyyətə çıxmadan pulunu almaq olar?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Arif müəssisələrdən birində İT mütəxəssisi vəzifəsində çalışır. İş yoldaşları məzuniyyətə çıxsalar da, o bu hüququndan istifadə edə bilməyib. Müəssisədə İT sahəsində yenilik tətbiq edildiyinə görə 2026-cı il ərzində onun məzuniyyətə getməsi mümkün olmayacaq. Arif isə məzuniyyətə çıxmadan buna görə ödəniş almaq istəyir.

Maraqlıdır, bəs qanun buna imkan verir?     

“Qafqazinfo”nun məlumatına görə, qanunvericiliyə əsasən, işçilər vəzifəsindən, əmək şəraitindən asılı olmayaraq məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

Əmək Məcəlləsinə görə, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə müəyyən hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir. İşdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 

İşçi məzuniyyətdən istifadə etmək istəmədikdə ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci bəndində bildirilir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun 18 fevral 2026-cı il tarixli Qərarında isə deyilir ki, kompensasiya ödənişi əsas məzuniyyətlərlə yanaşı, əlavə məzuniyyətlərə də şamil olunmalıdır.

İşçilərə ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir. Müəyyən sahələrdə bu müddət daha çoxdur.

Əmək Məcəlləsi ilə müəyyən edilən əlavə məzuniyyətlərə isə aşağıdakılar addir:

- Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət ;

- Əmək stajına görə əlavə məzuniyyət ;

- Uşaqlı qadınların əlavə məzuniyyəti ;

 - İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti.

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün əlavə məzuniyyətin müddəti 5 gündür. 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, bu yaşadək 3 və daha çox uşağı olan və ya əlilliyi olan uşaqlı qadınlara isə 5 gün müddətində əlavə məzuniyyət verilir. Həmçinin əmək stajından asılı olaraq işçilər üçün 2-6 gün əlavə məzuniyyət müəyyən olunur. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti isə 6 gündən az olmamalıdır.

Əmək Məcəlləsinin 135-ci maddəsində isə deyilir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqısına əsasən müəyyən edilir.  Məzuniyyət günlərinin maaşını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 ayın əməkhaqqısının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq məbləğ tapılır. Alınan məbləği ayın günlərinin orta illik miqdarına - 30,4-ə bölməklə 1 günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş 1 günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin günlərinin sayına vurulur. Bu qayda işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir. 

Beləliklə, buradan aydın olur ki, Arif istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilər.

Ceyhun Həmid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Avqust 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri