Icma.az
close
up
RU
Məzunlara diplom nə vaxt verilməlidir? AÇIQLAMA

Məzunlara diplom nə vaxt verilməlidir? AÇIQLAMA

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

4 illik tələbə həyatının ən önəmlisi diplomdur. Amma bəzi universitetlər nəinki diplomu məzun günündə vermir, hətta aylarla yubadır. Diplomların məzun günündə verilməsi təkcə tələbələrin arzusu deyil, həm də günün tələbidir. Çünki, diplomlarla ya işə düzəlir, ya da təhsillərini xaricdə davam etdirirlər. 

Bəs diplomlar niyə digər xarici dövlətlərdə olduğu kimi vaxtında verilmir? 

Milli.Az xəbər verir ki, hazırda 51 ali təhsil müəssəsində 190 min tələbə təhsil alır. Təxminən hər il 43 minə yaxın tələbə məzun olur. Qanunvericiliyin tələbinə əsasən, tələbə məzun olmazdan 10 gün ərzində onun təhsilini başa vurması ilə bağlı dövlət nümunəli diplom mütləq şəkildə verilməlidir. Çünki həmin şəxslər təhsilini tamamladıqdan sonra əmək münasibətinə cəlb edilir. 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, qanunvericiliyə görə, artıq mart ayında tələbələrin bütün akademik öhtəliklərini yerinə yetirdiyi halda tələbənin bütün məlumatları tələbə məzmun sisteminə yerləşdirilməlidir. Həmçinin, Elm və Təhsil Nazirliyinə tələbələrlə bağlı məlumatlar göndərilməlidir. 

Ekspert hesab edir ki, diplomların gec verilməsinin digər səbəbi isə diplomların xüsusi xətdatlar vasitəsi ilə yazılmasıdır. Ali təhsil müəssələrinin əksəriyyəti isə xəttatla işləyir. Bir nəfərin də bütün tələbələrin diplomlarını yazması aylarla vaxt alır. 

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, diplomlar təhsil müəssələri tərəfindən hazırlanaraq məzunlara təqdim olunur. Təhsil haqqında dövlət nümunəli sənədlər diplom blanklarının verilməsi üçün müəssələri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət edir və agentlik tərəfindən müraciətlərin hüquqi əsası araşdırıldıqdan sonra təhsil müəssəsinə müvafiq cavab bildirilir. Diplomların təqdim olunmasında gecikmələrin yaranması təhsil müəssəsinin müraciət etdiyi vaxt və digər məsələlərdə bağlıdır. 

Aysel Əkbər
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:341
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri