MHP dən Azərbaycan açıqlaması: Xəzərlə Aralıq ayrılmaz!
Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini İsmayıl Özdəmir hicab məsələsi ətrafında Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, MHP rəsmisi açıqlamasında Azərbaycana dəstəyini ifadə edib.
“Qarabağ kimi türklüyün qanayan yarasını 44 günlük Vətən müharibəsi ilə azadlığına qovuşduran, hilalı xaça qarşı qalib edən və işğaldan azad edilmiş ərazilərdə yenidən azanı səsləndirən Azərbaycanın Prezidenti cənab İlham Əliyev cəsur və qüdrətli liderdir. Son zamanlar Azərbaycanda baş verən hadisələrin Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi ilə təsdiqlənən dostluq və qardaşlıqdan da irəli gələn bağlarımızı zəiflətməsi mümkün deyil.
Azərbaycan suveren dövlət kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyası üçün müəyyən etdiyi istiqamətdə güclü dövlət statusuna yüksələrək XXI əsrin ən nüfuzlu ölkələrindən biri kimi tanınacaq. Hilalla ulduz ayrılmaz, Xəzərlə Aralıq dənizi arasındakı bağ sarsılmazdır”, - İsmayıl Özdəmir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 Oktyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















